
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb.
Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektoruna rəhbərlik şöbənin müdir müavini Ayla Həsənova-Məmmədovaya, Media ilə iş sektorunun müdiri vəzifəsi isə şöbənin baş məsləhətçisi Billurə Hacızadəyə həvalə olunub.
Yeni sektorların yaradılması media subyektləri, qurum və tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinə, nazirliyin rəqəmsal media platformalarında fəaliyyətinin daha səmərəli təşkilinə xidmət edir. Bununla yanaşı, bu addım nazirliyin ümumi fəaliyyəti barədə ictimaiyyətin düzgün və operativ məlumatlandırılması, tabe qurumların media fəaliyyətinin əlaqələndirilməsi, eləcə də rəqəmsal media strategiyaları vasitəsilə həm informasiya mübadiləsinin, həm də ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsini hədəfləyir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər