Bütün xəbərlər
2 sentyabr, 11:11

Azərbaycan ali təhsil sistemi son illərdə həm əlçatanlıq, həm də keyfiyyət baxımından dinamik inkişaf dövrünü yaşayır. Universitetlərimizin beynəlxalq reytinqlərdə irəliləməsi, nüfuzlu ali məktəblərlə birgə həyata keçirilən ikili diplom proqramları, eləcə də tələbələrin tədris imkanlarının genişlənməsi bu prosesin əsas göstəricilərindəndir. Bu gün ali təhsil təkcə gənclərin fərdi inkişafına deyil, həm də ölkənin qlobal rəqabətqabiliyyətinə, beynəlxalq nüfuzuna birbaşa təsir göstərir. Artıq Azərbaycan universitetləri regional çərçivəni aşaraq dünya elm və təhsil məkanında öz mövqeyini möhkəmləndirməkdədir. Ali təhsildə baş verən bu dəyişikliklər yalnız gənclərə yeni üfüqlər açmır, həm də ölkəmizin gələcək inkişaf xəritəsini müəyyənləşdirir. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ümumi fizika kafedrasının professoru, fizika elmləri doktoru Aydın Ələkbərov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, istər orta, istərsə də ali təhsilin keyfiyyətinin artırılması, ilk növbədə, yüksək savada, elmi dünyagörüşünə, etik davranışa, pedaqoji təcrübəyə malik müəllim kollektivinin formalaşmasından başlayır: “Azərbaycan xalqının mental dəyərləri içərisində elmə, təhsilə böyük marağının olmasını çox böyük mənəvi dəyər kimi qiymətləndirmək olar. Hələ sovet dövründə hər bir valideyn övladının təhsilli, xüsusilə ali təhsilli olmasını arzulayır və bu məsələyə xüsusi diqqət ayırırdı. Çox yaxşı haldır ki, bu ənənə indi də davam edir. Son dövrlərdə bu istiqamətdə Azərbaycan dövlətinin, Elm və Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin və digər əlaqədar təşkilatların gördüyü işlər təqdirəlayirdir. 

Ali təhsilin əlçatanlığının təmin edilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində son illərdə mühüm addımlar atılır. Əhali arasında ali təhsilli insanların sayının artırılması məqsədilə qəbul planı, dövlət sifarişli plan yerlərinin sayı artırılıb. Universitetlərin əksəriyyətində müasir tələblərə cavab verən yeni tədris korpusları inşa olunur, mövcud binalarda isə əsaslı təmir işləri aparılır. Dünyanın aparıcı ali məktəbləri ilə ikili diplom proqramlarının həyata keçirilməsi, tanınmış xarici alim və mütəxəssislərin tədrisə cəlb edilməsi təhsil sisteminə qabaqcıl beynəlxalq təcrübənin gətirilməsinə xidmət edir. Eyni zamanda, tədris olunan fənlərin yenilənməsi, müasir proqramların hazırlanması, seçilən tələbələr üçün xüsusi təqaüdlərin təsis edilməsi ali məktəblərdə təhsil mühitini daha da zənginləşdirir. İmtahan prosesində neqativ halların qarşısının alınması isə keyfiyyətli və şəffaf tədris prosesini təmin edir.

Ali təhsilin əlçatanlığını təmin etmək, təhsilin keyfiyyətini qaldırmaq, əldə olunmuş nəticələri mökəmlətmək, tələbənin asudə vaxtının səmərəli keçirməsini təmin etmək üçün universitetlərin qarşısında bəzi çağırışlar dayanır. 
Ali məktəblərin əksəriyyətinin yataqxanasının olmaması, ya da yerlərin sayının məhdudluğu, universitetlərin əksəriyyətinin Bakı şəhərində olması bir tərəfdən paytaxtda ciddi kirayə problemi yaratmış, digər tərəfdən kirayə haqlarının kəskin artmasına səbəb olub. Əvvəlcədən mövcud olan tələbə yataqxanalarının bərpası və yenilərinin tikilməsi olduqca vacib məsələlərdəndir. 

Təhsilin əlçatanlığının təmin edilməsinin digər istiqaməti regionlarda yerləşən universitetlərin,  onların filiallarının maddi-texniki bazasının və kadr potensialının inkişaf etdirilməsidir.  Prezident İlham Əliyevin təşəbbüsü ilə Xankəndidə Qarabağ Universitetinin açılması bu sahədə atılmış inqilabi hadisədir”.

Professor qeyd edib ki, ali məktəb müəllimini səciyyələndirən əsas cəhətlərdən biri yalnız pedaqoji fəaliyyətlə kifayətlənməməkdir. Onun sözlərinə görə, müəllim həmçinin elmi-tədqiqat işləri aparmalı, doktorantların elmi fəaliyyətinə rəhbərlik etməli və dissertasiya mövzularının işlənib hazırlanmasına dəstək göstərməlidir. Bu həm gənc tədqiqatçıların yetişdirilməsi, həm də universitetlərin elmi potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: “İnkişaf etmiş ölkələrdə universitetlərin nailiyyətləri sənayenin inkişafında əhəmiyyətli rol oynayır. Buna görə də universitetdə çalışan müəllimlər təkcə pedaqoji fəaliyyətlə kifayətlənməməlidirlər.

Bundan əlavə, magistraturaya qəbul zamanı ixtisas fənnindən imtahan bərpa edilməlidir. Yeni fənn proqramları tərtib edilməli, bu zaman dünyanın qabaqcıl universitetlərinin təcrübəsindən istifadə olunmalıdır. 

Universitetlər müasir tədris vasitələri – kompüter və elektron lövhələrlə, əsasən, təmin olunsa da, bir çox ali məktəbdə fundamental fənlər üzrə laboratoriyaların cihaz və avadanlıqları müasir tələblərə cavab vermir. Halbuki beynəlxalq reytinqlərdə irəliləyiş üçün “Web of Science” və “Scopus” bazasına daxil olan jurnallarda məqalələrin dərc olunması vacibdir. Bu isə yalnız müasir avadanlıqlarla aparılan təcrübələrə əsaslana bilər. Məhz buna görə də universitetlərin müasir cihazlarla təminatını mərkəzləşdirilmiş şəkildə həyata keçirən bir strukturun yaradılmasına ehtiyac var. 

Ali təhsilin əlçatanlığını təmin etmək üçün bəzi ali məktəblər qəbul imtahanlarında yüksək bal toplamış abituriyentləri təhsil haqqından azad edir, onlara yüksək təqaüd verir, ali təhsili başa vurduqdan sonra xaricdə magistratura təhsilini davam etdirməsində kömək göstərir. Bu kimi tədbirlər yüksək intellektə malik abituriyentlərin həmin ali məktəblərə qəbul olunmasına səbəb olur. Bəzi universitetlər bir qədər də irəli gedərək tələbələrin startap layihələrə qoşulmasını təşkil edirlər. Belə layihələrdə iştirak edən tələbələr bilik və bacarıqlarını bilavasitə praktikaya yönəltmə vərdişləri əldə etməklə əmək bazarına hazır mütəxəssis kimi daxil olurlar”.

Aydın Ələkbərov sonda vurğulayıb ki, əldə olunmuş uğurları qorumaq üçün fundamental elmlər sahəsində də nailiyyətləri inkişaf etdirmək lazımdır: “Bütün bu sadalanan fakt və digər müsbət amillər Azərbaycanın “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə iştirakını əhəmiyyətli dərəcədə genişləndirib. Nəticədə, bu il Azərbaycanın 6 universiteti dünyanın ən yaxşı 1000 universiteti siyasına, 9 ali təhsil müəssisəsi isə reytinqə daxil olub ki, bu da 2025-ci ilin göstəricisindən üç dəfə yüksəkdir. Nailiyyətlərimizin dayanıqlılığını təmin etmək üçün, ilk növbədə, elmi-texniki bazanı təkmilləşdirmək, tədqiqat laboratoriyalarını müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təmin etmək, vaxtilə dünyanın qabaqcıl universitetlərində təhsil almış həmvətənlərimizlə, türkdilli ölkələrlə əlaqələr yaratmaq, onları bu işə cəlb etmək lazımdır”.

1 /1

Şərhlər

Xəbər lenti

2 sentyabr, 17:01

Fransa yeni tədris ilində müəllim çatışmazlığı ilə üzləşib

2 sentyabr, 17:00

Təhsil Tələbə Krediti Fondunda yardım masası fəaliyyətini davam etdirir

2 sentyabr, 16:45

Türkiyədə beynəlxalq fənn olimpiadalarına necə hazırlaşırlar? – Qalib şagirdlə SÖHBƏT

2 sentyabr, 15:50

Məktəblər işə qəbulda portfolio tələb edir – Polşada çalışan azərbaycanlı müəllim

2 sentyabr, 15:23

“Sinifdə şagirdlərlə arama sərt xətt çəkmirəm” – Gənc müəllimlə MÜSAHİBƏ

2 sentyabr, 15:08

Peşə Təhsil Mərkəzinin məhsulu şərab istehsalında istifadə edilə bilər

2 sentyabr, 15:01

Ukraynada məktəblərdə 12 illik təhsilə keçidlə bağlı pilot layihəyə başlanılıb

2 sentyabr, 14:47

Uşağın yanında olmaq vacibdir

2 sentyabr, 14:19

Reinteqrasiya tədbirləri nəticəsində 110 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

2 sentyabr, 14:08

UFAZ məzunu İsveç İnstitutunun prestijli təqaüdünü qazanıb

2 sentyabr, 14:04

Nazirliyin qrant müsabiqəsinin qalibləri layihələrindən danışdılar

2 sentyabr, 13:05

BSU-da fəlsəfə üzrə doktoranturaya qəbul imtahanı keçirilir

2 sentyabr, 10:50

Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək

2 sentyabr, 10:41

Nazirliyin strukturunda dəyişiklik edildi – Yeni təyinatlar

2 sentyabr, 10:03

Agentlik məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib

2 sentyabr, 09:48

Ali məktəb və kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

2 sentyabr, 09:38

İlin ikinci Ay tutulması baş verəcək

2 sentyabr, 09:04

“Azərbaycan müəllimi” qəzeti 91 yaşını qeyd edir

1 sentyabr, 20:05

Fariz İsmayılzadə: ICPC dünya finalının Azərbaycanda keçirilməsi ölkəmizin imicinə töhfə verir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.