Bütün xəbərlər
3 sentyabr, 08:36

Türkiyənin Ankara şəhərində Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) “Türk dünyasının təhsil qurultayı” mövzusunda XVII Forumu keçirilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Forumu UAESEB-in və Türk Eğitim-Sen-in sədri Talip Geylan açaraq iştirakçıları salamlayıb.Türk dünyasının müxtəlif ölkələrindən dəvət olunan həmkarlar ittifaqlarının rəhbərləri, professor-müəllim heyəti, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış üçün söz alaraq elm və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıblar. 

Sonra “XXI əsrdə türk təhsil vizyonu”, “Təhsildə rəqəmsal transformasiya və süni intellekt əsaslı ortaq layihələrin təşkili” və “Türk dünyasında təhsil işçiləri həmkarlar ittifaqlarının gələcəyi və hüquqi mübarizə” mövzularında plenar sessiyalar öz işinə başlayıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev “Türk dünyasında təhsil işçiləri həmkarlar ittifaqlarının gələcəyi və hüquqi mübarizə” mövzusunda keçirilən plenar sessiyada çıxış edib.

O, çıxışı zamanı  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti  Sahib Məmmədovun salamlarını tədbir iştirakçılarına çatdırıb və qeyd edib ki, Konfederasiya rəhbərliyi UAESEB ailəsi ilə əməkdaşlığa xüsusi önəm verir.
Araz Paşayev bildirib ki, ETİHİ 405 mindən çox elm və təhsil işçisini birləşdirən ən böyük sahə həmkarlar ittifaqıdır və təhsil işçilərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsini prioritet istiqamət kimi müəyyənləşdirib.

Forum digər qonaqların çıxışları və müzakirələrlə davam edib.Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XVII Forumu bu gün öz işini yekunlaşdıracaq.

Qeyd edək ki, UAESEB 2006-cı ildə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan elm və təhsil işçiləri həmkarlar ittifaqları təşkilatlarının birgə təşəbbüsü ilə təsis edilib. Adıçəkilən qurum 10 təhsil işçiləri həmkarlar ittifaqı təşkilatını özündə birləşdirir. ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev bu Birliyin İdarə Heyətinin üzvüdür.

1 /2

Şərhlər

Xəbər lenti

3 sentyabr, 18:11

DİM imtahan nəticəsini AÇIQLADI

3 sentyabr, 17:20

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında uğurla çıxış ediblər

3 sentyabr, 17:20

Naxçıvanda qəbul imtahanında yüksək nəticə göstərmiş məzunlarla görüş keçirilib

3 sentyabr, 17:15

Nazir: Naxçıvan və Şahbuzun məzunları ilk beşlikdə yer alıblar

3 sentyabr, 17:13

İlk proqramçının izi ilə: Ramin Mahmudzadəyə həsr olunan final mərasimi keçirilib

3 sentyabr, 17:05

Fuad Nəcəfli: "Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”

3 sentyabr, 16:47

Rektor: “Dissertasiyalarda süni intellektdən istifadənin qarşısını almaq üçün səylər göstərilir”

3 sentyabr, 16:30

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

3 sentyabr, 16:26

Sentyabr konfransı: Təhsilin keyfiyyəti təhlil edildi, yeni yol xəritəsi cızıldı

3 sentyabr, 16:10

MDU-ya 116 yeni müəllim işə götürülüb

3 sentyabr, 15:54

Xırdalanda şagird sayı çoxalır, Xızıda azalır – Məsələ sentyabr konfransında gündəmə gətirildi

3 sentyabr, 15:31

Xırdalanın 3 məktəbinə şagird yerdəyişməsi dayandırılıb

3 sentyabr, 15:27

Samuxda məktəb kollektivi vahid geyim formasına keçir

3 sentyabr, 14:37

İlk dəfə BANM-də bonus sistemi tətbiq olunacaq

3 sentyabr, 14:34

Məktəblilər üçün yeni intellektual yarışlar start götürür

3 sentyabr, 13:54

“Bebras” müqabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

3 sentyabr, 13:09

“Universitetlər dəyişikliklərin lokomotivi ola bilər” – Qərib Mürşüdov

3 sentyabr, 12:46

Bağça müdiri nöqsanlara görə işdən çıxarıldı

3 sentyabr, 12:46

NDU-da fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı keçirilib

3 sentyabr, 12:31

Bu kolleclərə yeni təyinatlar oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.