Bütün xəbərlər
1 avqust, 10:18

Magistratura səviyyəsində təhsil alan tələbələrin sosial təhsil tələbə kreditindən (TTK) yararlanması üçün bal məhdudiyyəti müəyyən olunmayıb. 

Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti Fondundan (TTKF) məlumat verilib.

Fondun açıqlamasına görə, sosial TTK üçün tələbənin və ya onun valideyninin sosial statusu əsas götürülür. 

TTKF hansı hallarda sosial kreditə müraciətin mümkün olduğunu, hansı tələbələrin təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malik olduğunu açıqlayıb.

Fondun məlumatına görə, sosial TTK üçün tələbənin və ya onun valideyninin sosial statusu əsas götürülür. Belə ki, bu hallarda aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər:

• Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
• 3-cü dərəcə əlilliyi olanlar;

• Ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alması

Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:
• 1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar;
• İşsiz kimi qeydiyyatda olanlar;
• Yaşa görə əmək pensiyası alanlar;
• Yaşa görə sosial müavinət alanlar
• Ailə başçısını itirməyə görə pensiya alması;
• Tələbənin bir valideyni 1-ci qrup əlil, digəri isə ona qulluq etdiyinə görə Prezident təqaüdü alırsa;
• Valideynlərdən biri azadlıqdan məhrumetmə və ya məhdudlaşdırma cəzası alıbsa.
 Göstərilən şərtlərdən hər hansı biri tələbəyə və ya valideyninə aid olduqda sosial TTK almaq mümkündür. Əgər bu meyarlara uyğunluq yoxdursa, tələbə standart növ təhsil kreditinə müraciət edə bilər.

Qurumdan o da bildirilib ki, standart TTK üçün bəzi şərtlər nəzərdə tutulur:

– Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 bal və yuxarı olmalıdır;
– Tələbə illik təhsil haqqının 20 faizini özü ödəməlidir.

Bəs tələbə birinci tədris ilinin ilk semestrindədirsə və ÜOMG formalaşmayıbsa?

Tələbə Təhsil Krediti Fondundan verilən məluatda qeyd edilib ki, bu zaman Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanının nəticələri əsas götürülür. Bu halda standart kredit üçün minimum 50 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslarda isə minimum 30 bal tələbi mövcuddur. 

Qeyd edək ki, iyulun 24-dən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan şəxslərin sənəd qəbulu, deyni zamanda, 2025–2026-cı tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu başlayıb. Müraciətlər e-ttkf.edu.az portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
Magistraturaya qəbul olan tələbələr portal.edu.az vasitəsilə qeydiyyat zamanı eyni anda TTKF-in portalına da daxil olaraq təhsil krediti üçün müraciət edə bilərlər.

Xatırladaq ki, təhsil tələbə kreditləri yalnız əyani və ödənişli əsaslarla təhsil alan tələbələr üçün nəzərdə tutulur və iki növdə təqdim olunur. Sosial təhsil tələbə krediti illik 2 faizlə, standart təhsil tələbə krediti illik 6 faizlə verilir.

Şərhlər

Xəbər lenti

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

1 avqust, 11:18

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır 

1 avqust, 10:27

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

1 avqust, 10:04

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.