Bütün xəbərlər
1 avqust, 11:18

Ali təhsil müəssisələrinin qəbul imtahanlarında bal toplayan gənclərimizi ixtisas seçimi gözləyir. Avqustun 11-dən 19-dək olacaq bu mərhələ təkcə universitet və ixtisas seçmək deyil, həm də gələcək həyat yolunun müəyyənləşdirilməsidir. Gələcəyin müəllimi, mühəndisi, həkimi, hüquqşünası və ya digər sənət sahibi olmaq arzusu məhz bu mərhələdə formalaşır və konkretləşir.

Heç kəsə sirr deyil ki, ixtisas seçimi zamanı artıq bir çox abituriyentlər peşəkar məsləhətçilərin, təhsil ekspertlərinin yardımına ehtiyac duyurlar və yanlış olaraq düşünürlər ki, ixtisası özləri seçsələr, bu, onlar üçün uğursuz olar. 

Həmin yardımlar bəzən ödənişli olur və hər bir ailənin bu dəstəyi almağa imkanı çatmır. Xüsusilə bölgələrdə yaşayan, sosial cəhətdən həssas ailələrdən olan gənclər çox zaman seçimlərini yalnız öz fikirlərinə və məhdud informasiyaya əsasən etməyə məcbur qalırlar. Halbuki, hər bir gənc – fərqi yoxdur, istər paytaxtda, istərsə də ucqar kənddə yaşasın – doğru seçim etmək üçün bərabər hüquqa və imkana malik olmalıdır. Lakin yardım almadan da sadəcə məlumatlı, düşünülmüş və məqsədyönlü yanaşma ilə düzgün ixtisas seçimi etmək mümkündür.

“Nəticə etibarilə 15 ixtisas seçimi şansı var ki, bu da abituriyentlərin qəbul imkanlarını artırır”

Təhsil məsələləri üzrə mütəxəssis Elvin Bəkirov “Azərbaycan müəllimi”nə deyir ki, ixtisas seçimi abituriyentlərin gələcək təhsil və iş həyatlarını müəyyən edən çox mühüm hadisədir. Bu seçimə abituriyentlər diqqət və məsuliyyətlə yanaşmalı, hərtərəfli düşünərək etməlidir. Bəzən valideyn istəyi, yanlış tövsiyə, öz bilik və bacarıqlarının düzgün dəyərləndirilməməsi yanlış ixtisas seçiminə səbəb olur ki, bu da gənclərin gələcək həyatına mənfi təsir göstərir. 
Mütəxəssisin sözlərinə görə, nəticə etibarilə 15 ixtisas seçimi şansı var ki, bu da abituriyentlərin qəbul imkanlarını artırır. Düzgün ixtisas seçimi etmək üçün onlar mütləq öz arzularını, daxili enerjilərini, bacarıqlarını, gələcək dövrün tələblərini, iş perspektivlərini təhlil etməli, alınan nəticəyə uyğun qərar qəbul etməyi bacarmalıdırlar. Gənclər böyük bir zəhmət hesabına əldə etdikləri qəbul imtahanı balları ilə yalnız hər hansı bir ixtisasa qəbul olub ali təhsil almaq xatirinə addım atmamalıdırlar.

İxtisas seçimini abituriyent kömək olmadan da özü edə bilər. Necə?  

Nə istədiyini bilən, konkret arzuları və məqsədləri olan abituriyentlər bu prosesi çox rahatlıqla özləri də edə bilər. Bəs bunu necə etmək olar? Həmsöhbətimiz söyləyir ki, bunun üçün gənclərimiz Dövlət İmtahan Mərkəzinin ixtisas seçimi üçün nəzərdə tutduğu və elan etdiyi jurnalları təhlil etməli, qəbul plan yerlərinə diqqət etməli, balların qalxma və düşmə ehtimallarını hesablamalıdırlar: “Əlbəttə, hər il yanlış seçim edən abituriyentlər olur və onlar müsabiqədən kənar qalırlar. Bu səbəbdən də tövsiyəm odur ki, onlar diqqətlə jurnallardakı məlumatların, statistikanın təhlilini, həmçinin müsabiqə vəziyyətini əvvəlki illərlə müqayisəsini aparsınlar. Seçim ardıcıllığını isə mütləq öz arzularına və bacarıqlarına uyğun ixtisaslara müvafiq olaraq aparsınlar.
İxtisas seçimi zamanı qəbul şanslarını artırmaq üçün mütləq seçimlərin son hissələrində bir neçə ixtisası ballarından aşağı olmaqla müxtəlif universitetlərdən fərqli, xüsusilə də plan yerləfrinin sayı çox olan ixtisasları qeyd etsinlər”.

Elvin Bəkirovun sözlərinə görə, əgər müsabiqə vəziyyəti gərgin olacağı bəllidirsə, deməli, abituriyentin öz balından yüksək keçid balı olan ixtisaslara qəbul şansı da az olacaq. Buna görə də bu cür ixtisasları çox qeyd etmək onun qəbul şansını azalda bilər. Yox, əgər əksinə, qruplarda və ya alt qruplarda vəziyyət ötən illə müqayisədə daha münasibdirsə, o zaman öz balından yüksək yerləri də yaza bilər: “Seçim edərkən abituriyentlər mütləq istədikləri ixtisasın plan yerlərinin saylarının artıb, ya azalmasına da diqqət etsinlər. Bu da seçim zamanı diqqətdə saxlanılması vacib olan ən mühüm nüanslardandır”.

Şərhlər

Xəbər lenti

30 sentyabr, 20:20

Sabah İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışı olacaq

30 sentyabr, 20:15

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü olub

30 sentyabr, 17:56

Məktəbli avtobuslarının abunə qiyməti açıqlandı

30 sentyabr, 17:24

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının ilk mərhələsi keçiriləcək

30 sentyabr, 17:21

Nazir Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

30 sentyabr, 17:16

Məktəbli avtobusu layihəsini "2 School" startap şirkəti icra edəcək

30 sentyabr, 17:10

Azərbaycan və Özbəkistan təhsil sahəsindəki əməkdaşlığı müzakirə edib

30 sentyabr, 17:03

Vüsal Xanlarov: “Chatbot” şagird və müəllimlərin ehtiyaclarına uyğun materiallar təqdim edəcək

30 sentyabr, 16:53

UNEC-də isveçrəli tələbələr üçün intensiv təcrübə proqramı başlayıb

30 sentyabr, 16:45

Azərbaycan "Qlobal Rəqabətlilik İndeksi"ndə təhsil üzrə irəliləyib

30 sentyabr, 16:21

Naxçıvan məktəblisi III MDB Oyunlarında uğur qazanıb

30 sentyabr, 16:04

Oktyabrın hava proqnozu açıqlanıb

30 sentyabr, 15:46

“Üzeyirin ecazkar dünyası” - milli musiqi irsinə rəqəmsal səyahət

30 sentyabr, 15:40

Məktəbdə çalışmaq istəyənlərin nəzərinə: müsahibə vaxtı açıqlandı

30 sentyabr, 15:16

"PAŞA Holdinq": Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır

30 sentyabr, 15:16

Bakıda “INMerge” İnnovasiya Sammiti keçirilib

30 sentyabr, 15:14

Dəyanət Sədullayev: Kadrların hazırlanması biznes və universitetlər arasında əməkdaşlıq tələb edir

30 sentyabr, 15:09

Cəlal Qasımov: “Liderlərin əsas vəzifəsi insanların yeni şeylər sınamaqdan qorxmadığı mühit yaratmaqdır”

30 sentyabr, 15:00

Gəlirli peşələr, uğursuz ixtisas adları – Nəyi dəyişmək lazımdır?

30 sentyabr, 14:15

Yeniyetmənin döyülməsinə dair görüntülərlə bağlı AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.