
Şirkətlər nəzəri dəstəklə məhdudlaşmamalı, real praktiki təcrübəni təhsil müəssisələri ilə bölüşməlidirlər.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu "PAŞA Holdinq" MMC-nin baş direktorunun müavini, İcraiyyə Komitəsinin üzvü Dəyanət Sədullayev "INMerge" İnnovasiya Sammitində bildirib.
O qeyd edib ki, "PAŞA Holdinq" universitetlərlə fəal əməkdaşlıq edir, tələbələrə təcrübə keçməyi təklif edir və praktiki biliklər verir.
"Şirkət olaraq universitetlərlə əməkdaşlıq edirik, təcrübələr təklif edirik və şirkət təcrübəmizi bölüşürük. Tələbələrin bəziləri daha sonra bazara daxil olur, digərləri isə "PAŞA Holdinq"də işləmək üçün gəlirlər. Başqa bir məqam odur ki, biz kibertəhlükəsizlik məktəbini maliyyələşdiririk. Kibertəhlükəsizlik bu gün Azərbaycanda çox vacib mövzudur. Başa düşdüm ki, sonda məzunlar uğrunda əsl mübarizə gedib. Hətta biz sponsorluq edəndə belə, hökumət eyni səviyyədə bizimlə rəqabət aparırdı", - D.Sədullayev bildirib.
Onun sözlərinə görə, bu cür əməkdaşlıq tələbələrə nəzəri biliklərlə məhdudlaşmamağa, real bazar mühitini daha yaxşı anlamağa kömək edir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər