.jpeg)
Sentyabrın 29-da “Rəqəmsal transformasiya və media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumu çərçivəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində Bakıda səfərdə olan Özbəkistanın Məktəbədər və Məktəb Təlimi Nazirliyinin İnformasiya Xidmətinin rəhbəri Dilfuza Sobirova ilə görüş keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev və agentliyin sektor müdiri Zenfira Sevdimalı iştirak edib.
Görüş çərçivəsində Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən bəhs edilib. Qonağa son illərdə ölkəmizdə məktəbəqədər və ümumi təhsil sahəsində görülən işlər, rəqəmsallaşma istiqamətində atılan addımlar barədə məlumat verib.
Azərbaycan təhsil sistemində tətbiq olunan yeniliklərlə tanış olmaqdan məmnunluğunu ifadə edən Dilfuza Sobirova öz çıxışında iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər məktəbəqədər və ümumi təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Daha sonra qonaq Bakı Avropa liseyində olub, təhsil ocağında yaradılmış tədris mühiti ilə tanış olub.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər