
"Sabah da çox gözəl tədbir olacaq – biz İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışında birlikdə iştirak edəcəyik".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə keçirilən görüş zamanı deyib.
Prezident İlham Əliyev əlavə edib ki, bu, əslində, bizim bir dostluq layihəmizdir və layihənin başlamasından icrasına qədər cəmi üç il vaxt keçib.
"2022-ci ildə mənim tərəfimdən müvafiq Sərəncam verilmişdir və artıq yüzlərlə tələbə təhsilə cəlb edilib. Əlbəttə ki, onlar İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Həm gözəl təhsil alacaq, həm də ki, bizim aramızdakı dostluğu daha da möhkəmləndirəcəklər", - deyə dövlət başçısı vurğulayıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər