Bütün xəbərlər
30 sentyabr, 17:16

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə 1 oktyabr tarixindən start veriləcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, ilkin mərhələdə layihə 1250-dən çox şagirdi əhatə edəcək. Əsas məqsəd valideynlərin gündəlik olaraq övladlarını məktəbə aparıb-gətirməsi ilə bağlı yaranan nəqliyyat sıxlığını azaltmaqdır. Bu məqsədlə “2 School” startap şirkəti vasitəsilə layihə çərçivəsində  100-dən çox avtobus fəaliyyət göstərəcək. Layihə 8 dövlət və 3 özəl məktəbi əhatə edəcək.

Valideynlər xüsusi onlayn platformalar vasitəsilə övladlarının istifadə etdiyi məktəbli avtobusunun marşrut xəttini asanlıqla izləyə biləcəklər.

Pilot layihənin tətbiq olunacağı məktəblər sırasına Bakı şəhərində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziya, 6 nömrəli məktəb-lisey, general-leytenant K.A. Kərimov adına 8 nömrəli tam orta məktəb, A. Hüseynzadə adına 20 nömrəli məktəb-lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, Xətai rayonu 27 nömrəli tam orta məktəb, 132–134 nömrəli Təhsil Kompleksi və 189–190 nömrəli tam orta məktəb daxildir.

Avtobus xidmətindən istifadəyə görə aylıq abunə haqqı məsafəyə əsasən müəyyən olunacaq. Qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub.

Ətraflı: https://2school.az/

Şərhlər

Xəbər lenti

30 sentyabr, 20:20

Sabah İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışı olacaq

30 sentyabr, 20:15

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü olub

30 sentyabr, 17:56

Məktəbli avtobuslarının abunə qiyməti açıqlandı

30 sentyabr, 17:24

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının ilk mərhələsi keçiriləcək

30 sentyabr, 17:21

Nazir Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

30 sentyabr, 17:10

Azərbaycan və Özbəkistan təhsil sahəsindəki əməkdaşlığı müzakirə edib

30 sentyabr, 17:03

Vüsal Xanlarov: “Chatbot” şagird və müəllimlərin ehtiyaclarına uyğun materiallar təqdim edəcək

30 sentyabr, 16:53

UNEC-də isveçrəli tələbələr üçün intensiv təcrübə proqramı başlayıb

30 sentyabr, 16:45

Azərbaycan "Qlobal Rəqabətlilik İndeksi"ndə təhsil üzrə irəliləyib

30 sentyabr, 16:21

Naxçıvan məktəblisi III MDB Oyunlarında uğur qazanıb

30 sentyabr, 16:04

Oktyabrın hava proqnozu açıqlanıb

30 sentyabr, 15:46

“Üzeyirin ecazkar dünyası” - milli musiqi irsinə rəqəmsal səyahət

30 sentyabr, 15:40

Məktəbdə çalışmaq istəyənlərin nəzərinə: müsahibə vaxtı açıqlandı

30 sentyabr, 15:16

"PAŞA Holdinq": Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır

30 sentyabr, 15:16

Bakıda “INMerge” İnnovasiya Sammiti keçirilib

30 sentyabr, 15:14

Dəyanət Sədullayev: Kadrların hazırlanması biznes və universitetlər arasında əməkdaşlıq tələb edir

30 sentyabr, 15:09

Cəlal Qasımov: “Liderlərin əsas vəzifəsi insanların yeni şeylər sınamaqdan qorxmadığı mühit yaratmaqdır”

30 sentyabr, 15:00

Gəlirli peşələr, uğursuz ixtisas adları – Nəyi dəyişmək lazımdır?

30 sentyabr, 14:15

Yeniyetmənin döyülməsinə dair görüntülərlə bağlı AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.