
Azərbaycanda kifayət qədər istedadlı insanlar var.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu "PAŞA Holdinq" MMC-nin baş direktoru Cəlal Qasımov holdinqin təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.
"Bir çox istedadlı şəxslər bizim üçün işləyir. Amma məsələ ondadır ki, istedad özlüyündə yalnız potensial istedaddır. Əgər o, real hərəkətlərə çevrilmirsə, heç vaxt başqa insanların istifadə edə biləcəyi və qazanc gətirə biləcək məhsul və ya xidmət yaratmayacaq. Buna görə də bu biznesdə təkcə istedad və ya potensialın olması deyil, həm də bunların nə qədər yaxşı şəkildə reallaşdırıla və istifadə edilə biləcəyi də vacibdir. Əlbəttə, bu, menecerlərdən və liderlərdən asılıdır - elə bir mühit yaratmaq lazımdır ki, insanlar eksperiment apara bilsinlər. Axı potensial hamımızda var, amma onu reallaşdırmaq üçün hərəkət etmək, risk etmək, yeni bir şeylər sınamaq lazımdır", - C.Qasımov qeyd edib.
Baş direktor əlavə edib ki, əgər insanı ilk səhvinə görə cəzalandırırlarsa, əgər liderlər onun uğurlarına deyil, səhvlərinə və yanlışlarına diqqət yetirirlərsə, o yenidən sınamağı və risk etməyi dayandıracaq.
"Bəs o zaman insan öz potensialını necə reallaşdıra bilər? Nə qədər çox insan işlədiyi şirkətdə öz potensialını aça bilərsə, yekun nəticə bir o qədər yaxşı olacaq. Nəticə etibarilə məhz liderlər şirkətin nəticəsinə görə mükafat alırlar. Şirkətdə isə elə imkanlar və mədəniyyət yaratmalıyıq ki, insanlar öz potensiallarını reallaşdırmaqdan qorxmasınlar. Bunu həyata keçirərək yaxşı nəticələr əldə edirik ki, bundan həm şirkət, həm də onun liderləri qazanır", - C.Qasımov vurğulayıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər