Bütün xəbərlər
1 avqust, 17:03

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan və öz nailiyyətləri ilə seçilən bir çox təhsil müəssisələri var. Lənkəran rayon Şürük kənd, Akademik Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli, Masallı rayonu Fayəddin Xancanov adına Musaküçə kənd tam orta məktəbləri kimya fənni üzrə əldə etdikləri yüksək nəticələrə görə kənd rayonlarının seçilən təhsil müəssisələri sırasındadır. 

“Azərbaycan müəllimi” yüksək göstəricilərinə görə fərqlənən bu məktəblərin kimya müəllimləri ilə görüşərək uğurlarının arxasında duran səbəbləri araşdırmağa çalışıb.

“Kimya çətin fəndir, dərsi sadə və praktik şəkildə izah etməyə çalışıram”

İllərdir ki, buraxılış imtahanlarında yüksək nəticə göstərən kənd məktəbləri arasında liderlərdən biri Lənkəran rayon Şürük kənd tam orta məktəbidir. Bu məktəbdə uzun illərdir ikimya-biologiya müəllimi kimi fəaliyyət göstərən Asif Qasımovun fikrincə, əsas uğur düzgün qurulmuş müəllim-şagird münasibətlərindədir:
“Kimya çətin fəndir. Ona görə də dərsi şagirdlərin başa düşəcəyi dildə, sadə və praktik şəkildə izah etməyə çalışıram. Kimya praktik elmdir. Şagirdlər praktiki məşğələlərlə dərsi daha yaxşı qavrayırlar. İmkanlarımız daxilində müəyyən təcrübələri aparır, imkan xaricində olanları isə internet resursları vasitəsilə öyrədirik”.

Məktəbin gənc kimya müəllimi Ülkər Məhərrəmli isə uğurun təməlində məktəbdəki mühitin və peşəkar həmkar dəstəyinin dayandığını deyir:
“Şagirdlərimiz savadlı və əzmkar, müəllim-şagird münasibətləri isə sağlamdır. Əminəm ki, bu uğur davamlı olacaq və bizim məktəb kimya üzrə daim ön sıralarda yer alacaq”.

“Kimyanı bilən insanın ətrafa baxışı dəyişir, insan daha analitik düşünür”

Region üzrə uğurlu məktəblər sırasında akademik Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəb də var. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsildə inkişaf və innovasiyalar” üzrə qrant müsabiqəsində 10 dəfə qalib olmuş bu məktəbin (bunlardan biri məktəb kateqoriyası üzrə olub) şagirdləri RFO-da tarix fənnindən qızıl medal, “Sabahın alimləri” müsabiqəsində 2 gümüş medal qazanıblar. Bundan əlavə, ötən tədris ilində 10 məzunu fərqlənmə attestatı (7-si bir sinifdən) alıb, 5  şagirdi isə 600-dən yüksək bal toplaması ilə diqqət çəkir.

Məktəbdə kimya fənnini tədris edən müəllimlərdən biri Zülfiyyə Seydanova deyir ki, o, dərsə başlamazdan əvvəl şagirdlərdə “kimya fobiyasını” aradan qaldırmağa çalışır:
“Bilirsiniz ki, şagirdlər kimya fənnindən bir qədər çəkinirlər. Bu da onunla bağlıdır ki, kimya məktəb kursunda ən çətin fənlərdən biridir. Mən dərsə başlayarkən ilk növbədə onlara kimyanın maraqlı və rəngarəng bir elm olduğunu göstərməyə çalışıram. Kimyanın həyatla, ətrafımızla birbaşa əlaqəsini izah edirəm. Mən özüm də inanıram və şagirdlərimi də inandırıram ki, kimyanı bilən insanın ətrafa baxışı dəyişir, insan daha analitik düşünür”.

Zülfiyyə müəllim dərslərdə laboratoriya, əyanilik və interaktiv üsullardan geniş istifadə etdiyini vurğulayır:
“Fənnimi laboratoriyasız təsəvvür etmək olmaz. Açıq dərslər, “kimya gecələri”, sorğu əsaslı təlim və 5E modeli ilə dərslər təşkil edirəm. Uşaqlar problemi özləri həll etdikdə nəticə daha yaddaqalan və təsirli olur”.

Məktəbin digər müəllimi - 1986-cı ildən pedaqoji fəaliyyət göstərən Məlahət Qasımova isə deyir: “Ən çətin mövzular oksidləşmə-reduksiya reaksiyalarının əmsallaşdırılması və kimyəvi tarazlıqdır. Bu çətinliyi aradan qaldırmaq üçün bu fənni riyaziyyatla inteqrasiya edirik. Sadə dildə və əyani izah şagirdlər üçün daha effektlidir. Hər bir müəllim şagirdin öyrənmə tərzini nəzərə almalı və dərsini ona uyğun qurmalıdır”.

43 illik pedaqoji təcrübəyə malik Svetlana Həsənova isə bu uğurların arxasında məsuliyyətin dayandığını qeyd edir:
“Son 5 ildə nəticələrimiz xeyli yüksəlib. Kimya laboratoriyamız, lazımi avadanlıqlarımız var. Praktiki məşğələlər uşaqlarda motivasiyanı artırır. Dərsə əlavə vəsaitlərlə hazırlaşırıq. Çətinliklər əsasən riyaziyyatla bağlı mövzularda olur, amma birlikdə öhdəsindən gəlirik”.

“Kimya həyatla bağlı elmdir”

Masallı rayonunun Musaküçə kənd tam orta məktəbinin kimya müəllimi Gülay Qurbanlı da kimyanı şagirdlər üçün sevilən fənnə çevirməyi qarşısına məqsəd qoyub:
“Kimya zəngin, maraqlı və həyatla bağlı elmdir. Praktiki məşğələlər şagirdlərdə marağı artırır. İmtahana hazırlıq dövründə onları tək buraxmıram, çətin mövzuları birgə müzakirə edirik. Əsas məqsəd şagirdlərdə fənnə maraq oyatmaqdır”.

O da əlavə edir ki, nəzəri biliklərlə yanaşı, praktik bacarıqlar da formalaşdırmaq vacibdir. Mövzuya uyğun və təhlükəsizlik baxımından əlverişli olan təcrübələri şagirdlərlə birlikdə həyata keçirir.

Şərhlər

Xəbər lenti

17 oktyabr, 14:07

“Elon Mask məni ruhlandırdı” — Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:39

AzMİU-da “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi keçirilib

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

17 oktyabr, 12:21

UNEC-də narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

17 oktyabr, 12:20

BŞTİ 274 nömrəli məktəbin şagirdi ilə bağlı hadisəyə münasibət bildirdi 

17 oktyabr, 12:12

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü qeyd olunub

17 oktyabr, 11:43

Kürdəmirdə yanğın olan bağçada tədris davam edir – RƏSMİ AÇIQLAMA

17 oktyabr, 11:32

Əcnəbi tələbələrə miqrasiya qaydaları izah olunub 

17 oktyabr, 11:25

Qayıdışın səsi məktəbdən gəlir: Füzulidən reportaj

17 oktyabr, 11:14

Bağçalarda oyuncaqlardan necə istifadə olunmalıdır?

17 oktyabr, 10:44

AzMİU-da Texnologiyaların Transferi Mərkəzinin yeni bölməsi yaradılıb

17 oktyabr, 10:31

Gürcüstanda ali təhsilin müddəti azaldılacaq

17 oktyabr, 10:02

MDU ilə Ankara Hacı Bayram Veli Universitetinin tədris proqramları uyğunlaşdırılacaq

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.