
Gürcüstanda bakalavr və magistr pilləsi üzrə təhsilin müddəti azaldıla bilər.
“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri İrakli Kobaxidze təhsil sahəsində nəzərdə tutulan islahatların təqdimatı zamanı açıqlayıb.
Onun sözlərinə görə, həmin islahatlar çərçivəsində bəzi ixtisaslar istisna olmaqla bakalavrda təhsil müddəti 3, magistr pilləsində isə 1 il ola bilər: “Üç il demək olar ki, bütün ixtisaslar üçün kifayətdir. Əlbəttə, tibb və bu kimi ixtisaslar istisnadır”.
O həmçinin bəzi məktəblərdə 11 illik təhsil müddətinə keçid etməyin lazım gəldiyini vurğulayıb.
Qeyd edək ki, Gürcüstanda hazırda bakalavr pilləsi üzrə təhsilin müddəti 4, magistratura pilləsi üzrə isə 2 il təşkil edir. Tam orta təhsil isə 12 illikdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər