Bütün xəbərlər
1 avqust, 17:57

Avropa Komissiyasının Təhsil və Mədəniyyət İcra Agentliyi (Education, Audiovisual and Culture Executive Agency - EACEA) və “Eurydice” şəbəkəsi tərəfindən "Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti- 2024/2025" adlı hesabat nəşr olunub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalı bülleteninin iyul sayında hesabatdan çıxarışlara yer verilib.

Bu hesabat Avropanın 38 ölkəsində ibtidai və orta ümumi təhsilin təşkilinə dair strateji göstəriciləri əhatə edir. Hesabatın əsas məqsədi fənlər üzrə dərs saatlarının bölgüsü müxtəlif ölkələr üzrə müqayisəli şəkildə təhlil edilərək Avropada təhsilin keyfiyyətini dəyərləndirməkdir. Hesabatda vurğulanır ki, tədris saatlarının artırılması və əlavə dəstək tədbirləri sosial və akademik cəhətdən zəif şagirdlərin nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Sənəddə bu yanaşmanın tətbiqi ilə bağlı konkret nümunələr ətraflı şəkildə göstərilir.

Məsələn, İtaliyanın cənub bölgəsində həyata keçirilmiş "Keyfiyyət və Ləyaqət" layihəsi çərçivəsində aşağı göstəricilərə sahib məktəblərdə tədris saatlarının xüsusilə riyaziyyat fənni üzrə artırılması, aztəminatlı ailələrdən olan şagirdlərin nəticələrinin yüksəlməsinə səbəb olmuşdur. ABŞ-nin Nyu-York şəhərində aparılmış araşdırmada isə müəyyən edilmişdir ki, tədris müddətinin artırılması, öyrənmə prosesində müəllimlər tərəfindən şagirdlərə ardıcıl və məqsədyönlü rəy verilməsi və akademik uğura yönəlmiş təhsil strategiyaları şagird nəticələrində 45%-ə qədər müsbət nəticələrə səbəb olub.

Bundan əlavə, PISA nəticələri ilə tədris saatları arasında əlaqə araşdırılmış və məlum olmuşdur ki, təhsili olmayan valideynlərə sahib və ya ikinci nəsil miqrant ailələrindən olan şagirdlərə daha çox dərs saatı ayrıldıqda, onların akademik göstəriciləri müsbət istiqamətdə dəyişir. Bu nümunələr göstərir ki, sadəcə tədris müddətini artırmaq deyil, onu məqsədyönlü və inklüziv strategiyalarla birgə tətbiq etmək daha səmərəli nəticələr verir.

Statistik məlumatlara əsasən, Avropada tam ştatlı məcburi təhsilin müddəti ölkədən ölkəyə dəyişməklə 8 ildən 13 ilə qədər uzadıldığı məlum olub. Ümumi göstəricilərə əsasən, təhsil üzrə (bütün pillələr üzrə) illik tövsiyə olunan minimum dərs saatlarının cəmi ortalama 7 868 saat təşkil edir. Bu göstərici bəzi ölkələrdə, məsələn, Danimarkada 10 600 saatla maksimum həddə çatdığı halda, İslandiyada 7 616 saatla nisbətən daha aşağı səviyyədədir. Rumıniya isə 13 illik tam məcburi təhsil dövrü ilə ən uzun təhsil müddətinə sahib ölkədir. Bu rəqəmlər həm təhsilin coğrafi, struktur və kurikulum fərqlərini, həm də sosial siyasətlərin prioritetlərini aydın şəkildə göstərir.

Diqqətçəkən faktlardan biri də budur ki, ibtidai təhsil səviyyəsində ümumi tədris yükü daha çox olsa da, illik dərs saatlarının sayı orta təhsilin, xüsusilə də aşağı orta təhsil səviyyəsində daha yüksəkdir. Məsələn, Avropa ölkələri üzrə ümumi göstəricilərə əsasən, ibtidai təhsildə illik orta dərs saatı 725 saat təşkil edirsə, aşağı orta məktəbdə bu göstərici 857 saatadək yüksəlir. Bu tendensiya təhsil sistemlərinin tədris yükünü şagirdin yaş səviyyəsinə uyğun mərhələli şəkildə artırıldığını nümayiş etdirir.

Hesabatda həmçinin fənlər üzrə dərs saatlarının bölgüsünə dair məlumatlara da yer verilir. Avropa təhsil sistemləri üzrə ortalama göstəricilərə əsasən, Ana dili (Oxu, yazı və ədəbiyyat) fənni ibtidai təhsildə əsas yer tutur və ümumi kurikulumun təxminən 26%-ni təşkil edir. Fransada bu fənnə (ana dili fənninə) ayrılan vaxt 1 656 saata çatır və bu, Avropada ən yüksək göstəricidir. İkinci əsas fənn olan riyaziyyat (ibtidai təhsil pilləsi üzrə) isə orta hesabla 18%-lik tədris payı ilə təmsil olunur. Lüksemburq (1 056 saat), Serbiya və Xorvatiya bu sahədə ən çox dərs saatı ayıran ölkələr sırasındadır. Maraqlı məqam odur ki, təbiət elmləri ibtidai təhsil səviyyəsində nisbətən az yer tutsa da (ortalama 7%), orta təhsildə əhəmiyyətli dərəcədə artır və bəzi ölkələrdə (məsələn Rumıniyada 19%) kurikulumun ayrılmaz tərkib nissəsinə çevrilir. Yalniz Yunanıstan və Finlandiyada təbiət elmləri fənninin payı ibtidai təhsil üzrə
kurikulumun 10%-ni təşkil edir.

Hesabatda həmçinin 2022/2023 və 2024/2025 tədris illəri arasında həyata keçirilən dəyişikliklər də təhlil olunur. Məsələn, Litvada 7-8-ci siniflər üçün informasiya texnologiyaları və "həyati bacarıqlar" (life skills - şəxsi inkişaf hədəfləri, özünü tanıma, qarşılıqlı münasibətlər və əməkdaşlıq, məsuliyyətli qərarvermə və davranış, eləcə də sağlam və təhlükəsiz həyat tərzi) fənni üzrə dərs saatları artırılıb,ibtidai təhsildə isə praktik və peşə bacarıqlarına ayrılan dərs saatlarının sayı azaldılıb; İtaliyada ibtidai məktəbin 4-cü sinfində bədən tərbiyəsi üzrə əlavə 66 saat tətbiq olunub; Fransada isə "ev tapşırığı məktəbdə proqramı (təxminən 36 saatlıq əlavə vaxt) şagirdlərə yönəldilib. Finlandiyada orta təhsil pilləsində ikinci xarici dil (ikinci xarici və ya milli azlıq dili) üzrə illik dərs müddəti cüzi şəkildə artırılıb.

Rumıniyada isə tam orta təhsilin 12-ci sinfində sosial elmlər fənnində həftəlik bir əlavə dərs saatı ayrılaraq, yeni bir mövzu - "Yəhudi xalqının tarixi. Holokost" tədris proqramına daxil edilib. Bu dəyişikliklər ölkələrin təhsil siyasətinin modernləşdirilməsi və şagirdyönümlü yanaşmaların gücləndirilməsi
stiqamətində addımlar atdığını göstərir.

Hesabatda diqqət çəkən mühüm məqamlardan biri də təhsil sistemlərində tətbiq olunan fleksibilik, yəni fənlər və siniflər üzrə dərs saatlarının bölgüsünə dair məktəblərin qərarvermə hüququnun olmasıdır. Bu muxtariyyətin səviyyəsi Avropa ölkələri arasında əhəmiyyətli dərəcədə fərqlənir. Mərkəzləşdirilmiş modellərdə (məsələn, Fransa və Kipr) bütün dərs saatları və fənn bölgüsünü mərkəzi orqanlar müəyyənləşdirir. Digər ölkələrdə isə, məsələn, Finlandiya, Norveç, İsveçrə və Niderlandda məktəblərə daha geniş səlahiyyət verilir. Xüsusilə, Niderlandda məktəblər yalnız illik ümumi dərs saatı çərçivəsinə (təxminən 7 520 saat) riayət etməli, fənn bölgüsü və tədris yükünü isə özləri sərbəst şəkildə tənzimləyirlər. Bu, məktəblərin lokal ehtiyaclara və şagirdlərin sosial və mədəni xüsusiyyətlərinə uyğun proqramlar tətbiq etməsinə imkan verir. Finlandiyada isə milli kurikulum çərçivəsi mövcud olsa da, məktəblərə bu çərçivəni uygunlaşdırmaq və geniş şəkildə şaxələndirmək Bu tip muxtariyyat inova tədris üsullarının tətbiqinə və kurikulumun yerli ehtiyaclara uyğunlaşdırılmasına şərait yaradır. Bu muxtariyyətin səmərəliliyi müəllim hazırlığı, qiymətləndirmə və hesabatlılıq sistemləri ilə bağlıdır və bu da təhsilin keyfiyyətinə müsbət təsir edir.

Hesabat Avropa İttifaqının təhsil sahəsində 2030-cu ilə qədər müəyyən etdiyi əsas hədəflərə yəni 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat və təbiət elmləri üzrə zəif nəticə göstərənlərin 15%-dən minimuma endirilməsini hədəfləyir. Tədris prosesinin səmərəli təşkili, fərdi dəstək və məktəb, müəllim və şagird arasında səmərəli əməkdaşlıq bu məqsədə çatmağın əsas yolları kimi göstərilir.

Mənbə: European Commission: European Education and Culture Executive Agency, Recommended annual instruction time in full-time compulsory education in Europe 2024/2025, Publications Office of the European Union, 2025, https://data.europa.eu/doi/10.2797/1556974

Şərhlər

Xəbər lenti

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

16 sentyabr, 11:45

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə imtahanda iştirak edənlərin 90%-i uğursuz nəticə əldə edib

16 sentyabr, 11:35

491 xarici kvalifikasiyanın tanınması barədə mənfi rəy verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.