Bütün xəbərlər
1 avqust, 19:48

Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə avqust ayı Azərbaycanda “Ərəb dili ayı” kimi elan olunub. 

Bakı Dövlət Universitetindən “Azərbaycan müəllimi”nə bildirilib ki, bu münasibətlə ərəb dilinə maraq göstərənlər üçün bir sıra tədbir və müsabiqələrin keçirilməsi nəzərdə tutulur.

Ayın ilk iki həftəsində ərəb dili üzrə şeir, qiraət və inşa müsabiqələri təşkil ediləcək. Bu müsabiqələrdə Azərbaycanda ərəb dili öyrənən hər kəs iştirak edə bilər. Bu, dil bacarıqlarını nümayiş etdirmək və mədəniyyətlərarası ünsiyyətə töhfə vermək istəyənlər üçün əla fürsətdir.

Avqustun üçüncü və ən önəmli həftəsinə Bakı Dövlət Universiteti (BDU) ev sahibliyi edəcək. 18–22 avqust tarixlərində Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru, professor Abdulla Əl-Vaşmi və onu müşayiət edən nümayəndə heyətinin iştirakı ilə “Ərəb dili ayı”nın rəsmi açılış mərasimi keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, eləcə də ölkəmizdə akkreditə olunmuş bütün ərəb ölkələrinin səfirliklərinin nümayəndələri, ISESCO və digər beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Bundan əlavə, avqustun 18-də ərəb dili üzrə beynəlxalq forum təşkil olunacaq. Forumda müxtəlif ölkələrdən dəvət edilmiş qonaqlar və Azərbaycanın tanınmış ərəbşünas alimləri çıxış edəcək.

“Ərəb dili ayı”nın tədbirləri avqustun dördüncü həftəsində Bakı Avrasiya Universitetində davam edəcək. Səudiyyə Ərəbistanı Mərkəzinin yerləşdiyi bu universitetdə “Ərəb dili ayı”nın bağlanış mərasimi keçiriləcək.

Hər iki universitetdə müəllim və tələbələr üçün müxtəlif maraqlı mövzularda beynəlxalq təlim və treninqlərin təşkili də nəzərdə tutulur.

Ərəb dili və mədəniyyətinə marağı olan hər kəs bu silsilə tədbirlərdə iştirak etməyə dəvət olunur.

Müsabiqələrdə iştirak etmək üçün aşağıdakı keçid vasitəsilə qeydiyyat formasını doldurmaq xahiş olunur: https://forms.gle/LQn5w1SnodLoLXGu7

1 /4

Şərhlər

Xəbər lenti

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

1 avqust, 11:18

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır 

1 avqust, 10:27

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

1 avqust, 10:18

Magistrlər üçün təhsil krediti: Bal tələbi varmı?

1 avqust, 10:04

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.