
Məktəbəqədər təhsil müəssisələrində istifadə olunan oyuncaqlar və tədris ləvazimatları ilə bağlı yeni tələblər müəyyənləşib. Nazirlər Kabinetinin 171 saylı qərarı ilə beynəlxalq təcrübə nəzərə alınmaqla “Oyuncaq siyasəti” adlı yeni sənəd hazırlanıb.
Bəs bu sənəddə hansı əsas müddəalar və tələblər əksini tapıb?
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, sənəddə uşaqların yaş qruplarına uyğun oyuncaqların və tədris materiallarının növləri, bir qrupda (15–20 nəfərlik) neçə ədəd oyuncaq olmalı olduğu, bu vasitələrin tədris mövzularına və inkişaf sahələrinə uyğunluğu kimi əsas məsələlər öz əksini tapıb.
Qurumun məlumatında qeyd edilib ki, sənədin əsas məqsədi məktəbəqədər təhsil müəssisələrinin daha sistemli şəkildə resurslarla təminatını həyata keçirməkdir. Eyni zamanda, ölkəyə idxal olunan oyuncaq və dəftərxana ləvazimatlarının təhlükəsizlik və keyfiyyət baxımından uyğunluğunu təsdiq edən sertifikatların təqdim olunması tələb edilir. Bu səbəbdən ölkə ərazisində satılan məhsulların əksəriyyətinin sertifikatlaşdırılması təmin olunur.
Yeni sənədin bağçaların təlim proqramına necə təsir edəcəyinə gəldikdə, MÜTDA bildirir ki, oyuncaqların növü tədris mövzuları və uşaqların inkişaf sahələrini birbaşa dəstəklədiyindən bu dəyişiklik proqramın məzmununa da təsir göstərəcək. Bu isə o deməkdir ki, proqramla praktiki resurslar arasında uyğunluq daha da gücləndiriləcək.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər