
İyulun 30-da tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) "Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları" sənədinin yeni redaksiyasının müzakirəsinə həsr olunmuş ekspert görüşü keçirilib.
TKTA-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə ölkənin müxtəlif ali təhsil müəssisələrində çalışan 30 nəfər akkreditasiya üzrə ekspert iştirak edib. Müzakirələr zamanı sənədin ali təhsil müəssisələrinin keyfiyyət təminatının qiymətləndirilməsi baxımından praktiki tətbiqi və beynəlxalq standartlara uyğunluğu ətrafında geniş fikir mübadiləsi aparılıb. Ekspertlər meyarların ölçüləbilənliyini, nəticə yönümlülüyü və səmərəliliyi dəyərləndirməsi baxımından yeni yanaşma olduğunu bildirib, layihəyə rəy və təkliflərini təqdim ediblər.
Görüşün əsas məqsədi sənədin yeni redaksiyasında nəzərdə tutulan əsas dəyişikliklərin iştirakçılara təqdim olunması və onların peşəkar rəy və təkliflərinin dinlənilməsi olub.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər