Bütün xəbərlər
7 iyul, 17:49

Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Shandong Texnologiya Universiteti arasında onlayn formatda tanışlıq və əməkdaşlıq görüşü keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, hər iki universitetin rəhbər heyətinin qatıldığı görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək akademik və elmi əməkdaşlıq imkanları dəyərləndirilib. Xüsusilə BMU-da Çin Mərkəzi, Shandong Texnologiya Universitetində isə Azərbaycan Mərkəzinin yaradılması təşəbbüsü irəli sürülüb. Həmçinin mühəndislik və informasiya texnologiyaları sahələrini əhatə edən müvafiq ixtisaslar üzrə ikili diplom proqramının həyata keçirilməsi imkanları müzakirə olunub.

Görüşün sonunda universitetlər arasında əməkdaşlığa dair memorandumun imzalanması barədə ilkin razılıq əldə edilib.

Bildirilib ki, BMU 2025-2026-cı tədris ilindən Çinin daha bir nüfuzlu ali təhsil ocağı – Pekin Kimya Texnologiya Universiteti ilə “Kimya”, “Kompüter” və “Mexanika” mühəndislikləri ixtisasları üzrə ikili diplom proqramının icrasına başlayır.  Bu, Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində həyata keçiriləcək ilk ikili diplom proqramıdır.

1 /1

Şərhlər

Xəbər lenti

7 iyul, 17:31

İdmançılarımız İtaliyada böyük uğur qazandılar

7 iyul, 16:40

“Müəllimlərimin mənə verdiyi motivasiyanı indi öz şagirdlərimə ötürürəm” – Uğur yolu

7 iyul, 15:27

II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlanıb

7 iyul, 14:58

9-cu sinif şagirdlərinin NƏZƏRİNƏ!

7 iyul, 14:35

Veb-texnologiyaları üzrə “WorldSkills Azərbaycan 2025” yarışı yekunlaşıb

7 iyul, 14:35

İmişlidə ilk dəfə orta məktəbin fəaliyyəti tam orta təhsil səviyyəsi üzrə təşkil edilir

7 iyul, 14:30

“Olimpiadalar real bacarıqlara fokuslanmaq imkanı verir” – Beynəlxalq olimpiadadan medalla qayıdanlar

7 iyul, 13:31

DİN süni intellekt və IT sahələri üzrə təqaüd proqramına start verib

7 iyul, 12:56

Sabahın hava proqnozu açıqlanıb

7 iyul, 12:40

Gömrük Akademiyasında “Məzun günü” keçirilib

7 iyul, 11:42

Məktəbəqədər təhsilin təşkili strategiyalarına dair təqdimat keçirilib

7 iyul, 11:25

Peşə təhsilini bitirmədən iş təklifi aldı – Uğur hekayəsi

7 iyul, 11:15

Geomaqnit qasırğası gözlənilir

7 iyul, 11:04

Universitetlər üçün tələbələrin köçürülməsi ilə bağlı təlimlər keçirilib

7 iyul, 11:00

Quba-Xaçmaz regionunun müəllimlərinin kurikulumla bağlı bilikləri artırılır

7 iyul, 10:58

Magistratura üzrə ixtisas seçimi başlayır

7 iyul, 10:55

Naxçıvanda ötən tədris ilinin İLKLƏRİ

7 iyul, 10:25

“BMU-nun dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olması tarixi nailiyyətdir” – MÜSAHİBƏ

7 iyul, 10:10

Elm fədaisi, müəllim, ziyalı, milli fəxrimiz – Yusif Məmmədəliyev–120

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.