Bütün xəbərlər
5 fevral, 09:45

Bu ilin sentyabr ayında Bakıda THE Avrasiya Universitetləri Sammiti ("THE Eurasia Universities Summit") keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, beynəlxalq reytinq təşkilatı "Times Higher Education" (THE) sammitin keçirilməsi üçün Azərbaycanın Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq edəcək.

Sammit çərçivəsində universitet rəhbərləri, siyasətçilər, dövlət və qeyri-hökumət təşkilatlarının yüksəkvəzifəli şəxsləri Azərbaycan paytaxtında bir araya gələrək Şərq və Qərbin kəsişməsində yerləşən, sürətlə inkişaf edən, qlobal ali təhsil mərkəzi olan Avrasiyanın potensialını müzakirə edəcəklər.

THE-nin qlobal məsələlər üzrə baş mütəxəssisi Fil Bati qeyd edib ki, Azərbaycanın Elm və Təhsil Nazirliyinin  bu dəstəyi Avrasiyanın ali təhsil sektorunun inkişafına töhfə verəcək.
Onun sözlərinə görə, Azərbaycan 2025-ci il üzrə "THE Impact Rankings"də əvvəlki ilə müqayisədə 56 % daha çox universitetlə təmsil olunacaq: “Nəticələr 2025-ci ilin iyun ayında İstanbulda keçiriləcək Qlobal Davamlı İnkişaf Konqresində elan ediləcək. Konqresdə Azərbaycan ölkə üzrə davamlı inkişaf gündəliyini dəstəkləyən milli pavilyona ev sahibliyi edəcək. Bakıda keçiriləcək birgə tədbirimiz isə bu dərin tərəfdaşlığın həqiqi zirvəsi olacaq.

Qeyd edək ki, ötən il Elm və Təhsil Nazirliyi Azərbaycan universitetlərini dünya səviyyəli tədqiqatlar aparan müəssisələrə çevirmək və onların qlobal nüfuzunu yüksəltmək məqsədilə THE ilə strateji tərəfdaşlıq qurub.

Şərhlər

Xəbər lenti

14 mart, 10:33

Sabah peşə məktəblərinə işə qəbulu üzrə imtahan keçiriləcək

14 mart, 10:23

İsveç məktəblərində smartfonlardan istifadə qadağan ediləcək

14 mart, 09:56

Qazaxıstanlı tələbələr ADNSU-da təcrübə keçiblər

14 mart, 09:48

Tələbələr dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.