Bütün xəbərlər
13 mart, 16:20

Bu gün “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Gəncə Dövlət Peşə Təhsil Mərkəzində ticarət və xidmət üzrə qısamüddətli təlim keçən müdavimlərlə görüş keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin şöbə müdiri Anar Aslanov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov iştirak edib. Görüş çərçivəsində qənnadıçı-şirniyyatçı, satış təmsilçisi, mehmanxana qeydiyyatçısı, barmen və ofisiant ixtisasları üzrə təlimlərdə iştirak edən müdavimlərin əvvəlki təcrübələri və qazanacaqları yeni biliklər müzakirə edilib. Təlim iştirakçıları proqramın onlara verdiyi imkanlar və peşəkar inkişaf perspektivləri haqqında öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, Gəncə Dövlət Peşə Təhsil Mərkəzindəki qısamüddətli təlimlərə bu şəhərdə məskunlaşan 100 nəfər məcburi köçkün cəlb edilib. Qısamüddətli təlimlərin müddəti təlim proqramlarının tələblərinə uyğun olaraq 1 aydan 3 ayadəkdir. Proqramlar nəzəri biliklər və praktik bacarıqların inteqrasiyası əsasında hazırlanıb. Təlimlərin əsas məqsədi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin kvalifikasiyalarının artırılması yolu ilə davamlı məşğulluğunun təmin edilməsidir. Təlimləri uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim edilir.

Ümumilikdə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçirilən qısamüddətli təlimlər 8 peşə təhsil müəssisəsində 42 ixtisas üzrə keçirilir. Müvafiq sahələr üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyən məcburi köçkünlər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçərək iştirak edə bilərlər.

1 /3

Şərhlər

Xəbər lenti

1 may, 10:51

RFO-nun final turunun kimya fənni üzrə yoxlama prosesi yekunlaşıb

1 may, 10:51

Qazi Universiteti xəstəxanalarının həkimləri NDU-da tədqiqata cəlb edilə bilər

1 may, 10:50

Məktəblərdə “Yaşıl könüllük” proqramı icra olunur

1 may, 10:39

“DİVAN” – Milli Məhkəmə Simulyasiyasının mükafatlandırma mərasimi keçirilib

1 may, 10:23

Şahmat taxtasında yazılan hekayə – Gülşənin zəfər yolu

1 may, 10:10

Sumqayıtda “Erkən nikahın qarşısının alınması” mövzusunda görüş olub

1 may, 09:57

Radiasiya Problemləri İnstitutunun alimləri ilə görüş keçirilib

1 may, 09:51

Məktəblərdə yaz tətili başladı

1 may, 09:46

Nazir müavini Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasında çıxış edib

1 may, 09:42

Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

1 may, 09:40

Leyla Əliyeva və Arzu Əliyeva tələbələrin konsertində iştirak ediblər

1 may, 09:37

Abituriyentlərin nəzərinə: Qeydiyyat başa çatır!

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.