Bütün xəbərlər
14 mart, 09:48

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən universitet-sənaye əlaqələrinin gücləndirilməsi və tələbələrin peşəkar inkişafına dəstək məqsədilə növbəti karyera yönümlü seminar keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, AzMİU-nun 50 illik yubileyi münasibətilə reallaşan seminarda “AzerGold” QSC-nin Təmir-tikinti və texniki təminat şöbəsinin müdiri Zəka Talıbov və müdir müavini İsmayıl Hüseynzadə, İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev, Təcrübə və Karyera Mərkəzinin karyera üzrə böyük mütəxəssisi Leyla  Rəhimova və  tələbələr iştirak ediblər. Seminar dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu, tətbiq edilən müasir texnologiyalar və karyera perspektivləri barədə tələbə gəncləri məlumatlandırmaq məqsədi daşıyıb. 

Qurumun əməkdaşları “Dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu” mövzusunda geniş təqdimatla çıxış ediblər. Təqdimatda  “AzerGold” QSC-nin fəaliyyəti, ölkədə həyata keçirilən mədən hasilatı və emalı layihələri, bu proseslərdə inşaat mühəndislərinin üzərinə düşən mühüm vəzifələr, qarşılaşdıqları texniki çağırışlar və onların həlli yollarından bəhs olunub. 

Qeyd edək ki, AzMİU və  QSC arasında təhsil, elmi araşdırmalar, ixtisasartırma və tələbələrin məşğulluğu sahəsində əməkdaşlığa dair 8 noyabr 2017-ci il tarixində memorandum imzalanıb. Bu strateji tərəfdaşlıq nəticəsində bu günə qədər tələbələrin karyera inkişafına yönəlmiş müxtəlif seminarlar, təlimlər və praktik proqramlar həyata keçirilib.

Bildirək ki, Universitet və sənaye müəssisələri arasında əlaqələrin gücləndirilməsi AzMİU-nun kadr hazırlığı siyasətinə mühüm töhfə verməklə yanaşı, tələbələrin bilik və bacarıqlarının təkmilləşdirilməsinə, onların əmək bazarına hazırlıqlı şəkildə inteqrasiyasına və ixtisaslarına uyğun işlə təmin olunmasına şərait yaradır. 

1 /5

Şərhlər

Xəbər lenti

14 mart, 18:08

“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin qalibləri mükafatlandırılıb

14 mart, 17:52

Magistraturaya qəbul imtahanının nəticələri ilə bağlı apellyasiya keçiriləcək

14 mart, 17:50

Qiymətləndirmə ilə bağlı görüş keçirilib

14 mart, 16:03

Nazir müavini: Şagirdlərin istedadını vaxtında aşkarlamaq olduqca vacibdir

14 mart, 15:58

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

14 mart, 15:58

“Elmi nəşrlər qlobal miqyasda tanınmalı, ölkəmizin elmi brendinə çevrilməlidir” - RƏY

14 mart, 15:33

Rəqəmsal məktəb: Müasir təhsilin sərhədsiz imkanları

14 mart, 15:10

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinə qeydiyyat davam edir

14 mart, 15:00

Görülməyəcək işlərin siyahısı da vacibdir

14 mart, 14:49

Qarabağda infosessiyalar keçiriləcək

14 mart, 14:42

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

14 mart, 14:35

“Heç vaxt o yola əl atmaram, bunun necə pis olduğunu bilirəm” - Video

14 mart, 14:24

“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir

14 mart, 14:01

Elmin təbliği: Türkiyədən maraqlı təşəbbüs

14 mart, 13:51

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BANM-də olublar

14 mart, 12:59

UNEC-də “İş yeri axtarma, iş yeri yarat!” adlı təlim keçirilib

14 mart, 12:51

AzMİU-nun 50 illik yubileyi ərəfəsində növbəti seminar keçirilib

14 mart, 12:37

“Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə keçirilib

14 mart, 12:36

SABAH qruplarından bu günədək 7 minə yaxın tələbə məzun olub

14 mart, 12:23

Ötən il 4 minədək müəllimin əmək müqaviləsinə xitam verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.