Bütün xəbərlər
14 mart, 18:08

Martın 14-də “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin qaliblərinin mükafatlandırılma tədbiri keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra müsabiqə ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.

Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov şagirdləri nailiyyətlərinə görə təbrik edib. O bildirib ki, bu müsabiqənin qalibi olan şagirdlər yalnız ölkəmizi beynəlxalq səviyyədə təmsil etmək imkanı əldə etmirlər. Onlar həm də Azərbaycan elminə töhfə verməklə yaxın gələcəyin, sabahın alimləri olmağa bir addım daha da yaxınlaşırlar. 

Nazir müavini qeyd edib ki, hələ 1983-cü ildə ABŞ-də təhsilin keyfiyyətinin yaxşılaşdırılması üzrə milli komissiyanın hesabatında XXI əsr üçün tələb olunan əsas bacarıqlar öz əksini tapmışdı. Bunlar öyrənmə və tədqiqat aparma, anlama, biliklərin təcrübədə istifadəsi, tənqidi təfəkkür, ünsiyyət və texnoloji biliklərə yiyələnməkdir.

Nazir müavini əlavə edib ki, hazırda yaradıcı şəxslərin fəaliyyəti müasir sosial inkişafın əsas mənbəyidir: “Əgər biz dünyada özünəməxsus yer tutmaq istəyiriksə, XXI əsr ölkəmiz üçün yaradıcılıq əsrinə çevrilməlidir, çünki bu gün dinamizm, sosial və elmi-texniki inkişafın uğuru yalnız yaradıcı şəxslərin fəaliyyətinin səmərəliliyindən asılıdır”.

Daha sonra Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev çıxış edərək son illər ölkəmizdə gənclərin hərtərəfli biliklərə yiyələnməsi, onların elmi potensialının üzə çıxarılması istiqamətində həyata keçirilmiş layihələrdən danışıb.

Tədbirdə 1, 2 və 3-cü yerlərin qaliblərinə diplom və medallar, fərqlənən şagirdlərə xüsusi mükafatlar təqdim olunub. İştirakçıların hər birinə sertifikatlar, qalib layihələrin elmi rəhbərlərinə isə təşəkkürnamələr verilib.

Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilib.

1 /18

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.