Bütün xəbərlər
14 mart, 17:52

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-cü il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib.

DİM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, imtahanda 1 nəfər 97.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün martin 17-dən tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 14 mart saat 17:00-dan 17 mart saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.

Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aprelin 1-dən 14-dək aparılacaq. İmtahan isə mayın 11-də keçiriləcək.

Şərhlər

Xəbər lenti

24 iyul, 23:33

İki abituriyent 700 bal topladı!

24 iyul, 23:15

Ölkə birincisi: Mobil telefonum olmayıb

24 iyul, 23:12

700 bal toplayan abituriyent: Əziyyət çəkən hər bir abituriyent bunun bəhrəsini görür

24 iyul, 22:31

1 və 4-cü qrupun imtahan nəticələri açıqlandı 6 nəfər maksimum bal topladı

24 iyul, 21:51

Milli komandamız Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb

24 iyul, 19:28

Doktorantura və dissertantura xarici dil imtahanlarının nəticələri açıqlanıb

24 iyul, 19:22

Azərbaycanlı cüdoçu EYOF-2025-in qalibi oldu

24 iyul, 17:37

Uşağa darıxmaq fürsəti verin…

24 iyul, 17:05

Bu məktəb fənn müəllimlərinin qəbuluna başlayıb 

24 iyul, 16:32

Təqaüdlərin artımı gənclərin elmi fəaliyyətə tam fokuslanmasına şərait yaradır - Deputat

24 iyul, 15:54

“Maarifçi”lik gənclərə nə qazandırır? – Nazir müavinindən gənclərə önəmli mesajlar

24 iyul, 15:01

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçimi başlayır

24 iyul, 14:40

Bakıda bağça müdiri nöqsanlara görə işdən çıxarıldı

24 iyul, 14:03

Tələbələrin və doktorantların təqaüdlərinin məbləği artırıldı SƏRƏNCAM

24 iyul, 14:02

Tələbələr üçün Prezident təqaüdünün məbləği artırıldı

24 iyul, 13:39

Nazir: Peşə təhsili müəssisələrinə qəbul planı son illərin ən yüksək göstəricisidir

24 iyul, 13:28

Magistraturaya qəbul planının 80 faizi dolub

24 iyul, 13:26

Sabahın hava proqnozu açıqlanıb

24 iyul, 12:44

MİQ üzrə vakansiya seçimi başlayır

24 iyul, 12:37

Biznes mütəxəssisləri MDU-da dərs keçəcəklər – ATİB ilə yeni razılaşma

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.