Bütün xəbərlər
24 iyul, 23:15

"Qəbul imtahanınadək mənim mobil telefonum olmayıb. Fikirləşmişəm ki, bu, fikrimi dərslərdən yayındırar. İmtahana hazırlıq zamanı da telefondan istifadəyə ehtiyac duymurdum. Lazım olan vaxtlarda isə valideynlərimin telefonundan istifadə edirdim. Amma imtahandan sonra düşündüm ki, artıq telefondan istifadə edə bilərəm”.

Bunu “Azərbaycan müəllimi”nə iyulun 13-də IV ixtisas qrupu üzrə keçirilmiş imtahanın nəticələrinə əsasən ölkə birincisi olan Şəki rayonu Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin məzunu Abdulsəmədli Orxan deyib.

Onun sözlərinə görə, imtahanın birinci mərhələsində 300, iyulun 13-də keçirilmiş imtahanda 400 bal toplayıb. Lakin IV qrup üzrə keçirilmiş ilk cəhd imtahanında ümumilikdə 693,5 bal toplayıb:

"Birinci imtahanı verdikdən sonra ikinci dəfə də özümü sınamağa qərar verdim, ancaq imtahanlar arasındakı dövrdə ciddi hazırlaşmadım, yalnız təkrarlar edirdim. Bu nəticəni də toplayacağımı gözləyirdim. Çünki imtahandan sonra cavabları yoxladıqda balımın elə bu qədər olacağını öyrəndik".

Ölkə birincisi deyir ki, imtahanın cavablarının açıqlandığını eşitsə də, sistem yükləndiyindən nəticəni özü dərhal öyrənə bilməyib:

"Müəllimim xəbər saytında verilən məlumatda görüb ki, yüksək bal toplayanların adları arasında mənim də adım var. Həmin səhifənin ekran görüntüsünü çəkərək mənə göndərdi".

Orxan bildirir ki, Azərbaycan Tibb Universitetində “Müalicə işi” ixtisası üzrə təhsil alacaq:

"Həkim olmaq mənim uşaqlıq arzumdur. Bu peşə sahiblərinə qibtə edirdim. Şərəfli peşədir, artıq özüm də o peşənin sahibi olacağam".

ATU-nun gələcək tələbəsi əlavə edir ki, gələcəkdə rezidentura təhsilini xaricdə davam etdirməyi planlaşdırır. Hələlik isə onun planı yalnız istirahət etməkdir:

"Yeni tədris ili başlayana qədər istirahət edəcəyəm və özümü yeni dərs ilinə hazırlayacağam".

Şərhlər

Xəbər lenti

20 avqust, 16:08

“Şagirdlərimizin əlavə hazırlığa ehtiyacı yoxdur” – Ucqar kənd məktəbindən REPORTAJ 

20 avqust, 15:34

Azərbaycandakı özəl məktəblərin sayı açıqlanıb

20 avqust, 13:44

Azərbaycanda orta məktəblərin sayı 4400-ü ötdü

20 avqust, 13:03

İlk altı ayda 51 nəfərə elmlər doktoru dərəcəsi verilib

20 avqust, 13:01

Məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı artıb – STATİSTİKA

20 avqust, 12:45

Sabahın hava proqnozu açıqlanıb

20 avqust, 12:40

“Bir müəllimin manifesti” proqramına qeydiyyat başlayıb

20 avqust, 12:36

17 yaşlı məktəbli startapına 1,5 milyon dollar sərmayə cəlb edib

20 avqust, 11:51

Ən güclü rəqabət hansı qrupdadır? – Ali məktəblərə qəbulla bağlı real gözləntilər

20 avqust, 11:38

Xaçmazda yenilənən məktəbə şagird qəbulu elan olunur

20 avqust, 11:31

Lisey və gimnaziyalara seçim nəticələri açıqlanıb

20 avqust, 11:15

Qeyri-səlis məntiq nədir?

20 avqust, 10:47

Azərbaycan və Türkiyə alimləri güclü terapevtik potensiala malik maddələr sintez ediblər

20 avqust, 10:36

Nurlan İsmayılbəyli: 1000-ə yaxın vakant yer birləşdirilib

20 avqust, 10:29

ADNSU Rumıniyada beynəlxalq konfrans keçirəcək

20 avqust, 10:28

Kanadada 75 milyon illik qədim çəyirtkə qalıqları tapılıb

20 avqust, 10:26

MİQ-in müsahibə mərhələsində 4 minə yaxın namizəd iştirak edəcək

20 avqust, 10:22

Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olanların qeydiyyatı başlayır

20 avqust, 10:13

Naxçıvanın kikboksçuları Türkiyədən 23 medalla qayıtdılar: 16-sı qızıldır 

20 avqust, 10:09

Naxçıvanda peşə təhsil müəssisələrinə 498 tələbə qəbul olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.