Bütün xəbərlər
12 sentyabr, 14:56

Azərbaycan 2026-cı ildə PIRLS tədqiqatında iştirak edəcək. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu beynəlxalq qiymətləndirmə tədqiqatı IV sinif şagirdlərinin oxu savadlılığını müxtəlif aspektlərdən araşdıraraq faydalı məlumatlar təqdim edəcək.

PIRLS-in verəcəyi töhfələr aşağıdakı kimidir:

– Oxu savadlılığının səviyyələr üzrə müəyyənləşdirilməsi
Şagirdlərin oxuduqlarını anlayıb-anlamadıqları səviyyələr üzrə ölçüləcək və güclü–zəif tərəflər müəyyən olunacaq.

– Mətn növləri üzrə bacarıqların təhlili
Şagirdlərin bədii və informativ mətnlərdə hansı istiqamətdə daha yaxşı nəticə göstərdikləri müəyyən olunacaq.

– Kompüter əsaslı qiymətləndirməyə keçid
PIRLS-də ilk dəfə olaraq Azərbaycan şagirdləri ənənəvi kağız formatında deyil, kompüterdə oxu və tapşırıqları yerinə yetirmə bacarıqları üzrə qiymətləndiriləcək.

– ePIRLS – onlayn oxu bacarıqlarının ölçülməsi
Şagirdlər veb-səhifə formatlı tapşırıqları da cavablandıracaqlar və onların rəqəmsal mühitdə oxu bacarıqları qiymətləndiriləcək.

– Süni intellektlə yoxlamanın tətbiqi
Açıq tipli suallar üzrə cavabların süni intellekt vasitəsilə də yoxlanılması sınaqdan keçiriləcək. Bu, süni intellektlə cavabların yoxlanılmasının effektivliyinə dair ölkələrə yeni təcrübə qazandıracaq.

1 /6

Şərhlər

Xəbər lenti

12 sentyabr, 17:56

Eşqi Bağırov: Olimpiada və müsabiqələrdə iştirak edən şagirdlərin sayı artıb

12 sentyabr, 17:52

“Yenilənən məktəblər”: Zərdab rayonu Dəli Quşçu kənd tam orta məktəbi – FOTOLAR

12 sentyabr, 17:48

Naxçıvanda peşə təhsili müəssisələrinə 700 yerlik qəbul planı tərtib olunub

12 sentyabr, 17:40

İki iş yerində çalışan müəllimin dərs yükü 24 saatı keçməməlidir? – RƏSMİ AÇIQLAMA

12 sentyabr, 17:37

Naxçıvanda 30 məktəbin bütün məzunları tələbə adını qazanıb

12 sentyabr, 17:34

Buraxılış və Azərbaycan dili imtahanının nəticələri elan olunub

12 sentyabr, 17:20

Mingəçevir Dövlət Universitetində “Oriyentasiya günü” keçirilib

12 sentyabr, 17:10

Yeni tədris ilində daha 16 məktəb istifadəyə veriləcək

12 sentyabr, 16:33

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılıb

12 sentyabr, 15:25

Naxçıvanda 22 müəllimin əmək müqaviləsinə xitam verilib 

12 sentyabr, 15:19

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təlimlər başlayıb

12 sentyabr, 15:17

Naxçıvanda məktəbdənkənar təhsil müəssisələri şəbəkəsi optimallaşdırılır 

12 sentyabr, 14:11

Nazirin müşaviri: Sinif sıxlığı şagirdlərin öyrənməsinə mənfi təsir etməyib

12 sentyabr, 14:10

Kafi və yaxşı qiymətləndirilən dərs sayı artıb

12 sentyabr, 14:08

“Dərs planları bir çox hallarda formal xarakter daşıyır” – Elnur Əliyev

12 sentyabr, 13:45

Almaniya Təhsil və Tədqiqat Nazirliyinin iki layihəsi üzərində işləyirəm – Azərbaycanlı tədqiqatçı

12 sentyabr, 13:44

Elnur Əliyev: Sertifikasiya balı yüksək olan müəllimlərin şagirdləri də yaxşı nəticələr verir

12 sentyabr, 13:05

Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması üçün yeni modellər tətbiq olunacaq

12 sentyabr, 13:04

Eşqi Bağırov: Hazırlığa getmədən yüksək nəticə əldə edən şagirdlərimiz olacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.