
Bəzi regionlarda müəllimlərin dərs yükünün 24 saatı keçməməsinə dair tələb qoyulduğu iddia edilir.
Bu məsələyə aydınlıq gətirilməsi üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.
Agentlikdən “Azərbaycan müəllimi”nə cavab olaraq bildirilib ki, ümumtəhsil müəssisəsində hər hansı bir fənn üzrə müəllim çatışmazlığı yarandığı təqdirdə həmin yer vakant olaraq müsabiqəyə çıxarılır. İl ərzində vakant yerlər yarandıqda ehtiyat kadrlar hesabına müəllimlər cəlb edilir.
Bu və ya digər səbəbdən qeyd olunan vakant yerə təyinat aparılması mümkün olmadıqda əvəzçilik qaydasında məktəbə yaxın məsafədə yerləşən digər ümumi təhsil müəssisəsindən eyni fənn müəlliminin tədrisə cəlb olunması üçün addımlar atıla və ya əvvəlki illərdə həmin məktəbdə çalışmış yaş həddində olan müəllimlər cəlb edilə bilərlər.
Təhsil müəssisələrində iş saatı əmək müqaviləsi və müəssisənin daxili nizam-intizam qaydaları ilə tənzimlənir. Müəllimlərin həftəlik dərs yükü 36 saatı aşa bilməz. Müəllimlər arasında dərs yükü bölgüsü məktəb rəhbərliyi tərəfindən aparılır, məktəbin pedaqoji şurasında müzakirə olunaraq təsdiq edilir və direktorun əmri ilə rəsmiləşdirilir. Müəllimdən xəbərsiz onun dərs yükü artırıla və ya azaldıla bilməz.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər