
“2024-cü ildə keçirilən sertifikasiya imtahanlarında 33 müəllim uğur qazanmadığından həmin təhsilverənlər 2025-ci ildə təkrar sertifikatlaşdırmaya cəlb edilib. Təkrar sertifikasiyanın nəticələrinə əsasən, həmin şəxslərdən 22-si təkrar sertifikasiya prosesində uğur qazanmadığı üçün həmin müəllimlərin əmək müqavilələrinə xitam verilib”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyi Aparatının Analitik təhlil və statistika sektorunun müdiri Məmməd Bayramov deyib.
O bildirib ki, 2024-cü ildə 366, 2025-ci ildə isə 345 müəllim sertifikatlaşdırmaya cəlb edilib. Sertifikasiya prosesində yüksək nəticələr əldə olunub, iştirak edən təhsilverənlərin böyük əksəriyyəti uğurla mərhələləri keçib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər