Bütün xəbərlər
12 sentyabr, 17:20

2025-ci ilin 12 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) bu ali təhsil müəssisəsinə yeni qəbul olunmuş I kurs tələbələrinin universitetlə tanışlığı məqsədilə “Oriyentasiya günü” tədbiri keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, universitetin əsas tədris binasında yerləşən akt zalında keçirilən tədbir Ümummilli Lider Heydər Əliyev və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himni və MDU-nun himninin səsləndirilməsi ilə başlanıb.

Tədbiri giriş nitqi ilə açan sosial məsələlər üzrə rektorun müşaviri Elvin Məmmədzadə I kursları tələbə adını qazanmaları münasibətilə təbrik edib, onlara təhsil həyatlarında uğurlar arzulayıb. Rektor müşaviri, eyni zamanda universitetin dəyərləri, tədris keyfiyyəti və tələbələrin inkişafı üçün yaradılan imkanlar barədə qısa məlumat verib.

MDU-nun Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri İlhamə Məmmədova, İmtahan bölməsinin rəhbəri İzani Sarıyev, Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin baş mütəxəssisi Lamiyə İbrahimova, Biznes və menecment kafedrasının müəllimi Babək Hüsüyev, Tələbə Gənclər Təşkilatının sədri Aslan Əzimzadə universitetin struktur bölmələri, tələbə həyatı, könüllülük və sosial fəaliyyətlər barədə geniş məlumat təqdim edib. Tələbələrə sual-cavab sessiyası zamanı onları maraqlandıran mövzular ətraflı şəkildə izah olunub.

Tədbirin davamında MDU-nun İdman-Sağlamlıq Kompleksində MDU-nun Tələbə Gənclər Təşkilatı və “Bir Könüllü” Tələbə Təşkilatına üzv tələbələr tərəfindən yeni tələbələr üçün müxtəlif oyunlar və yarışlar təşkil edilib. Bu fəaliyyət tələbələr arasında şəbəkələşməyə, kollektiv ruhun formalaşmasına və xoş vaxt keçirmələrinə imkan yaradıb.

Sonda tələbələr ixtisasları üzrə tədris binalarına yönləndirilib, fakültə nümayəndələri tərəfindən tədris proqramı, təhsil prosesi və universitet qaydaları barədə məlumatlandırılıb.

1 /13

Şərhlər

Xəbər lenti

12 sentyabr, 18:33

BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq - Rəsmi

12 sentyabr, 18:00

"2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda tədbir keçirilib

12 sentyabr, 17:56

Eşqi Bağırov: Olimpiada və müsabiqələrdə iştirak edən şagirdlərin sayı artıb

12 sentyabr, 17:52

“Yenilənən məktəblər”: Zərdab rayonu Dəli Quşçu kənd tam orta məktəbi – FOTOLAR

12 sentyabr, 17:48

Naxçıvanda peşə təhsili müəssisələrinə 700 yerlik qəbul planı tərtib olunub

12 sentyabr, 17:40

Bəzi regionlarda müəllimlərin dərs yükünün 24 saatı keçməməsi tələbi var? – AÇIQLAMA

12 sentyabr, 17:37

Naxçıvanda 30 məktəbin bütün məzunları tələbə adını qazanıb

12 sentyabr, 17:34

Buraxılış və Azərbaycan dili imtahanının nəticələri elan olunub

12 sentyabr, 17:10

Yeni tədris ilində daha 16 məktəb istifadəyə veriləcək

12 sentyabr, 16:33

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılıb

12 sentyabr, 15:25

Naxçıvanda 22 müəllimin əmək müqaviləsinə xitam verilib 

12 sentyabr, 15:19

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təlimlər başlayıb

12 sentyabr, 15:17

Naxçıvanda məktəbdənkənar təhsil müəssisələri şəbəkəsi optimallaşdırılır 

12 sentyabr, 14:56

PIRLS 2026-ya doğru: bu tədqiqatın təhsil sistemlərinə töhfələri

12 sentyabr, 14:11

Nazirin müşaviri: Sinif sıxlığı şagirdlərin öyrənməsinə mənfi təsir etməyib

12 sentyabr, 14:10

Kafi və yaxşı qiymətləndirilən dərs sayı artıb

12 sentyabr, 14:08

“Dərs planları bir çox hallarda formal xarakter daşıyır” – Elnur Əliyev

12 sentyabr, 13:45

Almaniya Təhsil və Tədqiqat Nazirliyinin iki layihəsi üzərində işləyirəm – Azərbaycanlı tədqiqatçı

12 sentyabr, 13:44

Elnur Əliyev: Sertifikasiya balı yüksək olan müəllimlərin şagirdləri də yaxşı nəticələr verir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.