Bütün xəbərlər
14 mart, 15:33

Müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasını təmin etmək, təhsilin əlçatanlığını artırmaq, müəllim-şagird-valideyn əməkdaşlığını genişləndirmək məqsədilə “Rəqəmsal məktəb” adlanan milli onlayn təhsil platforması fəaliyyətə başlayıb. Platforma ilkin mərhələdə yalnız Bakı şəhərindəki ümumi təhsil müəssisələrində test rejimində tətbiq edilir. Platformadakı “Şagird”, “Valideyn”, “Müəllim” və “Məktəb rəhbəri” fərdi kabinetləri təhsil prosesinin iştirakçısı olan bütün tərəflərin ondan istifadəsinə imkan yaradır.

“Platforma valideynlərin idarəetmədə daha yaxından iştirakına imkan verəcək”

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Azərbaycan müəllimi”nə açıqlamasında “Rəqəmsal məktəb”i təhsil sahəsinin ən əhəmiyyətli platformalarından biri kimi dəyərləndirib: 

“Bu platforma istifadə baxımından daha effektiv və çevikdir. Təhsil sistemini idarəedənlər bu platforma vasitəsilə idarəçiliklərini daha da gücləndirəcəklər. Valideynlərin məktəblə əlaqəsi artıq bu platforma üzərində qurulacaq. Valideyn ondan istifadə edərək məktəbin təhsil mühitinin idarəolunmasında daha yaxından iştirak edəcək. Məlumdur ki, bir çox valideynlər işləyirlər. İş yükləri çox olan valideynlər məktəblə sıx əlaqə qura bilmirlər. Buna görə də övladının təhsil fəaliyyətindən az məlumatlı olurlar. Bu tətbiq imkan verir ki, valideyn telefonundan istifadə edərək platformaya daxil olsun və məktəb rəhbəri ilə əlaqə saxlasın, uşağının nəticələrinə baxsın, onun davranışını nəzarətdə saxlasın. Bu, çox vacib məsələdir. Eyni zamanda, platforma valideynlərin məktəbin idarəedilməsində daha yaxından iştirakına imkan verəcək. Bu baxımdan “Rəqəmsal məktəb” mühüm əhəmiyyət kəsb edir”.

“Məktəblərin idarə olunması daha sistemli və şəffaf olacaq”

Osman Gündüzün sözlərinə görə, bu platforma müəllim-direktor münasibətlərinin möhkəmlənməsində, direktorun fəaliyyətinin təkmilləşməsində, digər qurumlarla əlaqəsinin daha effektiv qurulmasında xeyli əhəmiyyət kəsb edəcək: “Bu platformalar vasitəsilə məktəblərin idarə olunması daha sistemli və şəffaf olacaq. Platformada bütün statistik göstəricilər, şagirdlərin davamiyyəti, tədris vəziyyətləri, qiymətləri görünəcək. Hesab edirəm ki, rəqəmsal təhsil platforması uğurlu layihədir. Təkcə Bakı məktəblərində deyil, region məktəblərində də bunun tətbiqi istiqamətində addımların atılması düzgün olar”. 

Osman Gündüz vurğulayıb ki, sistemin istifadəsi üçün xüsusi bacarıq tələb olunmadığından istənilən valideyn mobil tətbiq vasitəsilə bu platformaya daxil ola bilər: 

“Demək olar ki, bir çox xidmətlər artıq onlayn platformalar üzərindən aparılır. İnsanlar telefon vasitəsilə bütün xidmətlərdən onlayn yararlana bilirlərsə, bu xidmətdən də problemsiz istifadə edəcəklər. “Rəqəmsal məktəb” platformasından effektiv və çevik istifadə üçün təlimat materialları yerləşdirilib. Bu materiallara nəzər salan istənilən şəxs ondan effektiv istifadə edə bilər. Regionlarda platformanın tətbiqindən əvvəl rəqəmsal məsələlərə diqqət yetirmək, bununla bağlı daha asan qavranılacaq materiallar hazırlamaq ondan istifadəni rahatlaşdıra bilər. Ümumiyyətlə, bu tətbiqdən istifadə bütün tərəflərə fayda verəcək. Burada şagirdlərin tədris resurslarına çıxışı da təmin edilir. Bunun hesabına onların bu resurslara əlçatanlığı daha da artacaq. Bununla da şagirdin müəllimlə əlaqələri güclənəcək. Düşünürəm ki, bunun ən böyük səmərəsi valideynlər üçündür. Bu, valideyn üçün əla bir rəqəmsal alətdir ki, övladının məktəblə bağlı fəaliyyətinə nəzarət etsin və məktəblə əlaqəni daha da gücləndirsin. Sadəcə, bir mesajla valideyn məktəb rəhbərliyi ilə əlaqə yaradacaq, vəziyyətlə bağlı məlumatlı olacaq. Buna görə də bu platformanın bütün tərəflər üçün faydalılıq əmsalı çoxdur”.

“Övladlarımın dərs davamiyyəti, qiymətləndirilməsi ilə bağlı məlumatlar ala bilirəm”

Valideynlər də “Rəqəmsal məktəb” platformasından faydalandıqlarını dilə gətirirlər. Yeniliklərə açıq olan valideynlərdən biri Xanım Babayevadır. 2 övlad anası X.Babayevanın bu platforma ilə 1 və 11-ci siniflərdə təhsil alan uşaqlarının sinif rəhbərlərinin təşəbbüsü ilə tanış olub: 

“Mən “SIMA” tətbiqi üzərindən keçid edərək hər iki övladıma görə şifrə təyin etdim. Övladlarım Bakı şəhəri 71 nömrəli tam orta məktəbdə təhsil alırlar. Əvvəllər məktəblə əlaqə saxlamaqda çox çətinlik çəkirdim. Daha doğrusu, vaxt məhdudiyyəti ilə əlaqədar əməkdaşlıq yaratmaq çətin idi. Bu tətbiq çox işlərdə mənə kömək oldu. Tətbiqə daxil olaraq övladlarımın dərsə davamiyyəti, biliklərinin qiymətləndirilməsi ilə bağlı məlumatlar ala bilirəm. Daha interaktiv və əlçatan bir platformada iki məqam daha çox diqqətimi çəkdi. Birbaşa məktəb direktoru ilə əlaqə saxlamaqla istədiyim məlumatları əldə etmək və ona fikrimi bildirmək imkanım yaranıb. 2-ci maraqlı məqam isə məktəbin sorğusunda iştirak edə bilməyimdir. Platformaya keçid edərək şagirdlərin dərs prosesində iştirakı, onların fəaliyyəti və müəllim-şagird münasibətləri kimi məsələlərlə bağlı fikrimi bildirirəm”.

Şərhlər

Xəbər lenti

30 iyun, 17:35

MİQ imtahanının şərtləri açıqlanıb

30 iyun, 17:03

AzTU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirilib

30 iyun, 16:25

İyul ayına olan hava proqnozu açıqlanıb

30 iyun, 16:19

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib

30 iyun, 16:19

Peşə təhsili müəssisələrində “Məzun günü” tədbirləri keçirilib

30 iyun, 16:15

“Ən böyük arzum özümü inkişaf etdirməkdir” – Məzunların uğurları

30 iyun, 16:10

Kembric Universiteti azərbaycanlı tələbəni mükafatlandırdı

30 iyun, 15:58

Türk Dövlətləri üçün Tədqiqat Fondu yaradıla bilər 

30 iyun, 15:41

Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlanıb

30 iyun, 15:41

“Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır

30 iyun, 14:53

AzMİU tələbələri Dünya Robot Çempionatının Azərbaycan finalında uğur qazanıblar

30 iyun, 14:40

“Nə? Harada? Nə zaman?” oyununun finalı keçirilib

30 iyun, 14:39

“Nəticəm gözlədiyimdən də yaxşı oldu” – Müəllimlər sertifikasiyadan danışır

30 iyun, 13:13

Sabahın hava proqnozu açıqlanıb

30 iyun, 12:55

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

30 iyun, 12:45

“Biz müəllimlərin və valideynlərin düşüncə tərzini dəyişdirməliyik” – Andreas Şleyxer

30 iyun, 12:28

67 yaşlı Əməkdar müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

30 iyun, 12:15

Cəzaçəkmə müəssisələrindəki peşə məktəblərini bitirənlərin sayı açıqlanıb  

30 iyun, 12:15

Sertifikatlaşdırma gələcək fəaliyyətim üçün stimuldur – Maksimal bal toplayan müəllim

30 iyun, 12:00

SXM-lərdə 260 uşağa aktiv xidmətlər göstərilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.