Qaradağ məktəblərində “Bacarıqlar məktəbi” layihəsi icra olunur

12 Yanvar, 2026 - 13:34
Qaradağ məktəblərində “Bacarıqlar məktəbi” layihəsi icra olunur

Qaradağ rayonunda yerləşən məktəblərdə “Bacarıqlar məktəbi” layihəsi həyata keçirilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bp və onun tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən "Bacarıqlar məktəbi" layihəsi şagirdlərin yumşaq bacarıqlarının inkişafına yönəlib. 

Layihə 7-10-cu sinif şagirdlərini əhatə edir və 10 modullu proqram əsasında təşkil olunub.

Proqram çərçivəsində şagirdlər özünütanıma və özünüidarəetmə, ünsiyyət, komanda işi, tənqidi düşüncə, liderlik və digər yumşaq bacarıqları interaktiv oyunlar və praktiki tapşırıqlar vasitəsilə öyrənirlər. Hər modul bir mövzunu əhatə edir və 90 dəqiqəlik təlim formatında keçirilir.

Hazırda layihə Qaradağ rayonunun üç qəsəbəsində yerləşən 5 ümumtəhsil məktəbini əhatə edir. Belə ki, Ümid qəsəbəsində 294 saylı, Lökbatan qəsəbəsində 288 saylı, Sahil qəsəbəsində isə 228, 273 və 319 saylı məktəblər layihəyə cəlb olunub.

“Bacarıqlar məktəbi” layihəsi 2025-ci ilin oktyabr ayında məktəblərdə rəsmi olaraq fəaliyyətə başlayıb. Layihə çərçivəsində bir sıra mühüm işlər həyata keçirilib. Layihə ideyası Elm və Təhsil Nazirliyinə təqdim olunub, maliyyə resursları təmin edilib, ekspertlərin iştirakı ilə kurrikulum hazırlanıb. Ekspertlər komandasına təlimçi, pedaqoq, kouç, psixoloq, eləcə də yeniyetmə və gənclərlə iş üzrə mütəxəssislər daxil edilib.

Bununla yanaşı, SABAH qrupları, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universitetində məlumat sessiyaları təşkil olunub, təlimçilərin seçimi həyata keçirilib və onlar üçün xüsusi təlimlər (ToT) keçirilib. Elm və Təhsil Nazirliyi ilə birgə təlimlərin keçiriləcəyi məktəblər müəyyənləşdirilib, seçilmiş məktəblərlə kommunikasiya qurulub və təlim cədvəlləri hazırlanıb.

Layihə çərçivəsində məktəblərdə şagirdlər üçün məlumat sessiyaları, valideynlərlə görüşlər təşkil edilib, təlimlər keçirilib və prosesin monitorinqi layihə komandası tərəfindən aparılır.