Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb – Araşdırmalara başlanılıb

28 Oktyabr, 2026 - 11:20
Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) oktyabrın 28-də IV mərtəbənin pəncərəsindən yıxılıb.

Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb: "Təəssüf ki, aldığı xəsarət nəticəsində şagird dünyasını dəyişib. 

Məsələ ilə əlaqədar şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. 

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", – deyə açıqlamada qeyd olunur.