Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

8 Oktyabr, 2026 - 10:04
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir. Prosesdə iştirak etmək istəyən müəllimlər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Bu barədə "Azərbaycan müəllimi"nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edək ki, il boyu davam edəcək prosesdə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında çalışan, həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan və müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanından minimum 30 bal toplayan müəllimlər iştirak edə bilərlər.

Qeydiyyat qaydaları ilə bağlı təlimat videosu: https://www.youtube.com/watch?v=UzutAmMm7T0