Təhsil işçiləri üçün onlayn yarış təşkil olunacaq
Yanvarın 24-də saat 20:00-da təhsil işçilərinin iştirakı ilə onlayn turnir keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, turnir eksperimental formatda təşkil olunacaq və 24 sualdan ibarət olacaq.
Müsabiqədə bütün təhsil müəssisələrinin müəllimləri və inzibati işçiləri, o cümlədən bağça, məktəb, kollec və universitet əməkdaşları iştirak edə bilərlər. Eyni zamanda regional təhsil idarələri, müvafiq agentliklər və Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün də iştirak imkanı yaradılıb.
Turnirdə iştirak üçün qeydiyyat yanvarın 21-də başa çatacaq. Qeydiyyat mərhələsi yekunlaşdıqdan sonra komanda kapitanlarının elektron poçt ünvanlarına oyuna qoşulma ilə bağlı ətraflı məlumat göndəriləcək.
Qeydiyyat linki: https://forms.gle/xSuqYrzR63YBwZAu7
-
FəridOnline deyəndə nəyi nəzərdə tutulur? Görüntülü?15 gün əvvəlCavablaLike (0) -
GulnarYarış haqqında məlumat verərdiniz21 gün əvvəlCavablaLike (0) -
Ilhame murtuzovaSuallar neden olacak21 gün əvvəlCavablaLike (2) -
Ilhame murtuzovaYarış haqqinda melumat vererdiz21 gün əvvəlCavablaLike (0) -
MəleykəZəhmət olmasa,yarış haqqında ətraflı məlumat verəsiniz24 gün əvvəlCavablaLike (2) -
ŞəfəqÖyrənmək,bildiklərimi paylaşamq. Qüvvət elimdədir başqa cür hec kəs hec kəsə üstünlük eyləyə bilməz.(Reqabət mühiti)24 gün əvvəlCavablaLike (0)



