Qəbələdə 23 nəfərə “Traktorçu-maşinist” sertifikatı verilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 23 nəfərin iştirakı ilə təşkil olunan “Traktorçu-maşinist” ixtisası üzrə (“T, TT, TK, H” kateqoriyaları) ödənişli qısamüddətli ixtisasartırma kursu başa çatıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, kurs çərçivəsində müdavimlər kənd təsərrüfatı texnikasının idarə olunması, texniki təhlükəsizlik qaydaları və müvafiq sahə üzrə nəzəri bilik və praktiki bacarıqlarını təkmilləşdiriblər.
Tədris proqramını uğurla başa vuran 23 müdavimə müvafiq qaydada dövlət nümunəli sertifikatlar təqdim olunub.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi əmək bazarının tələblərinə uyğun peşə bacarıqlarının inkişafına və əhalinin məşğulluq imkanlarının genişləndirilməsinə yönəlmiş qısamüddətli təlimlərin təşkilini davam etdirir.




