Qarabağ Universitetində indoneziyalı tələbələr də təhsil alırlar - Səfir
İndoneziya artıq üç tələbəsini Qarabağ Universitetində təhsil almaq üçün Azərbaycana göndərib.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi “Indonesian Business Forum 2026” tədbirində söyləyib
"İndoneziyanın böyük tarixi və sivilizasiyasında mühüm rolu olan Coqcakarta şəhəri ilə Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Şuşa şəhəri arasında qardaşlaşmış şəhərlər əməkdaşlığının qurulmasını planlaşdırırıq", - deyə səfir vurğulayıb.




