ADNSU tələbəsi Respublika çempionatında gümüş medal qazanıb

17 Noyabr, 2026 - 14:11
ADNSU tələbəsi Respublika çempionatında gümüş medal qazanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Sənaye Mühəndisliyi fakültəsinin III kurs tələbəsi, “Milli Qəhrəman şəhid Kamil Nəsibov” adına Laçın idman klubunun yetirməsi Rüstəm Rüstəmzadə növbəti uğuruna imza atıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, 56 kq çəki dərəcəsində mübarizə aparan idmançı üç gərgin döyüş keçirərək Respublika Çempionatında II yerə layiq görülüb və gümüş medal qazanıb.

Qeyd edək ki, Rüstəm Rüstəmzadə özünün əsas çəki dərəcəsi olan 52 kq-da da Respublika çempionudur.

ADNSU tələbəsi Respublika çempionatında gümüş medal qazanıb
ADNSU tələbəsi Respublika çempionatında gümüş medal qazanıb
ADNSU tələbəsi Respublika çempionatında gümüş medal qazanıb