Bütün xəbərlər
14 mart, 12:37

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “bp Azərbaycan”ın maliyyə dəstəyi ilə həyata keçirilən “Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində peşə tanınması imtahanında uğur qazanan namizədlərə peşə ixtisasını təsdiq edən sənəd təqdim olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə TKTA-nın Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Mansur Rəhimli çıxış edərək peşə sənədi əldə edən ərizəçiləri təbrik edib, formal təhsilə çıxış imkanı məhdud olan, müxtəlif peşə sahələrində çalışan vətəndaşların bilik, bacarıq, təcrübə və səriştələrinin tanınmasının əmək bazarındakı dəyişikliyə müsbət təsiri və ölkə iqtisadiyyatının inkişafı üçün əhəmiyyətini qeyd edib. Həmçinin o, layihənin neft və qaz boru kəmərləri keçən bölgələrdə yaşayan əhalinin sosial müdafiəsini gücləndirmək və onların əmək bazarına inteqrasiyasını təmin etmək məqsədi daşıdığını vurğulayıb.

Məlumat üçün bildirmək istərdik ki, “bp Azərbaycan” şirkətinin maliyyə dəstəyilə TKTA tərəfindən həyata keçirilən layihə çərçivəsində neft və qaz boru kəmərləri keçən bölgələrdə yaşayan 57 nəfər müraciətçi “Avtomobil mühərriklərinin yığıcısı”, “Mühafizəçi”, “Poliqrafiya üzrə dizayner”, “Kompüter operatoru”, “Qənnadıçı, şirniyyatçı” və “Dərzi” peşə ixtisasları üzrə peşə ixtisasını təsdiq edən sənəd əldə edib. Hazırda layihənin icrası davam edir.

Qeyd edək ki, qeyri-formal və informal təhsilin tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmiş "Qayda" əsasında tənzimlənir və əldə edilən peşə ixtisasını təsdiq edən sənəd vətəndaşa əmək fəaliyyətinə başlamaq hüququ verir.

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

16 oktyabr, 11:56

MDU türk dünyası universitetləri ilə mübadilə imkanlarını genişləndirir 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.