
“UNEC 95” Tədbirlər Planı çərçivəsində İqtisadiyyat və idarəetmə fakültəsinin Məzunlar Assosiasiyasının təşkilatçılığı ilə universitetin məzunu, sahibkar Musa Əliyevin təqdimatında “İş yeri axtarma, iş yeri yarat!” adlı təlim keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə fakültənin Məzunlar Assosiasiyasının sədri, İqtisadiyyat kafedrasının baş müəllimi Zeynəb Qiyasova sahibkarlıq fəaliyyətinə başlanılması, yeni biznes imkanları barədə tələbələrin məlumatlandırılmasının əhəmiyyətindən bəhs edib.
Sonra UNEC məzununun təqdimatında innovativ sahibkarlığın imkanları, yeni sahibkarlıq istiqamətləri, startapların yaradılmasının zəruriliyi mövzusunda müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər