Bütün xəbərlər
14 mart, 12:51

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "AzMİU THİK50: Keçmişdən Gələcəyə" layihəsi çərçivəsində növbəti seminar keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən "Cybersafe" Klubunun təşkilatçılığı ilə baş tutan seminarda İnformasiya Texnologiyaları (İT) sahəsində fəaliyyət göstərən tanınmış mütəxəssislər – Kənan Ələsgərli, Nərmin Kərimov və Elxan Xəlilov iştirak ediblər.

THİK sədri Şahmar Rəfili qonaqları salamlayaraq dünyada və ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağın artdığını deyib. O, AzMİU-nun bu istiqamətdə yüksək səviyyəli kadr hazırlığı həyata keçirdiyini deyib. Tələbələrin əmək bazarının tələblərinə uyğun, rəqabətədavamlı mütəxəssislər kimi yetişməsində universitetin elmi-tədris imkanları ilə yanaşı, tərəfdaş şirkətlərin resurslarından faydalanmağın əhəmiyyətini vurğulayıb.

Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbələri ilə bilik və təcrübələrini bölüşən İT mütəxəssisləri sahədəki innovativ yanaşmalar, karyera perspektivləri və müasir trendlər barədə geniş məlumat veriblər. Onlar şəxsi təcrübələrinə əsaslanaraq tələbələrin suallarını cavablandırıb və praktiki nümunələr əsasında uğur qazanmağın əsas aspektlərini açıqlayıblar.

Seminar müzakirələrlə yanaşı, interaktiv sessiyalar və sual-cavabla yadda qalıb. İştirakçılar müasir proqram təminatları və texnoloji yeniliklər haqqında yeni biliklər əldə edərək bu sahəyə olan maraqlarını daha da artırıblar.

Qeyd edək ki, "AzMİU THİK50: Keçmişdən Gələcəyə" layihəsi il ərzində davam edəcək. Layihə çərçivəsində müxtəlif seminarlar, görüşlər, təlimlər, sərgilər və panel müzakirələrinin keçirilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi universitetin 50 illik yubileyi ərəfəsində ali təhsil müəssisəsinin zəngin tədris və təlim ənənələrini tələbələr üçün motivasiya mənbəyinə çevirmək, onların fərdi inkişaf imkanlarını genişləndirməkdir.

1 /5

Şərhlər

Xəbər lenti

14 mart, 18:08

“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin qalibləri mükafatlandırılıb

14 mart, 17:52

Magistraturaya qəbul imtahanının nəticələri ilə bağlı apellyasiya keçiriləcək

14 mart, 17:50

Qiymətləndirmə ilə bağlı görüş keçirilib

14 mart, 16:03

Nazir müavini: Şagirdlərin istedadını vaxtında aşkarlamaq olduqca vacibdir

14 mart, 15:58

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

14 mart, 15:58

“Elmi nəşrlər qlobal miqyasda tanınmalı, ölkəmizin elmi brendinə çevrilməlidir” - RƏY

14 mart, 15:33

Rəqəmsal məktəb: Müasir təhsilin sərhədsiz imkanları

14 mart, 15:10

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinə qeydiyyat davam edir

14 mart, 15:00

Görülməyəcək işlərin siyahısı da vacibdir

14 mart, 14:49

Qarabağda infosessiyalar keçiriləcək

14 mart, 14:42

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

14 mart, 14:35

“Heç vaxt o yola əl atmaram, bunun necə pis olduğunu bilirəm” - Video

14 mart, 14:24

“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir

14 mart, 14:01

Elmin təbliği: Türkiyədən maraqlı təşəbbüs

14 mart, 13:51

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BANM-də olublar

14 mart, 12:59

UNEC-də “İş yeri axtarma, iş yeri yarat!” adlı təlim keçirilib

14 mart, 12:37

“Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə keçirilib

14 mart, 12:36

SABAH qruplarından bu günədək 7 minə yaxın tələbə məzun olub

14 mart, 12:23

Ötən il 4 minədək müəllimin əmək müqaviləsinə xitam verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.