
Təhsilin İnkişafı Fondunun təqaüd proqramlarının iştirakçıları üçün “Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim sessiyası təşkil edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, təlim ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dosenti Burcu Ramazanlı tərəfindən aparılıb.
“Sessiya çərçivəsində iştirakçılara Sonlu Elementlər Metodu (Finite Element Method) və Sonlu Həcm Metodu (Finite Volume Method) barədə ümumi məlumat verilib, hər iki metodun tətbiqi və iş prinsipləri haqqında ətraflı izahlar təqdim olunub. Təlim zamanı həmçinin ön emal (preprocessing), həll etmə (solving) və sonraki emal (postprocessing) mərhələləri ətraflı müzakirə olunub.
Bundan əlavə, Burcu Ramazanlı öz tədqiqat sahəsi üzrə əldə etdiyi nəticələri iştirakçılarla bölüşüb və impulsun saxlanma qanunu kontekstində Navier-Stokes tənliklərinin həll yollarını təqdim edib. Təqaüdçülər üçün mühəndislik sahəsində simulyasiya texnikalarının praktiki tətbiqini öyrənmək məqsədilə təşkil edilən sessiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər