
Martın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “YeniSən” platformasının proqramı çərçivəsində “Effektiv kommunikasiya” mövzusunda ilk təlim-sessiya təşkil olunub.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, təlimin əsas məqsədi tələbələrin yumşaq bacarıqlarını inkişaf etdirmək, ünsiyyət qabiliyyətlərini gücləndirmək və onları gələcək karyera həyatına daha hazırlıqlı etməkdir. Təlim zamanı təcrübəli təlimçilər tələbələrlə interaktiv müzakirələr apararaq effektiv ünsiyyətin vacibliyini vurğulayıblar, tələbələrə uğurlu karyera üçün önəmli olan metod və yanaşmalar haqqında geniş məlumat veriblər.
Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər