Bütün xəbərlər
13 mart, 11:55

Məlum olduğu kimi, Böyük Britaniyanın ali təhsil sahəsində beynəlxalq analitik agentliyi olan “QS QuacquarelliSymonds” ötən gün dünyanın ən yaxşı universitetlərinin illik fənn reytinqlərinin 15-ci buraxılışını (QS World University Rankings by Subject) dərc edib. 

“QS Quacquarelli Symonds”dan “Azərbaycan müəllimi”nə verilən məlumatda bildirilir ki, fənn reytinqləri 101 ölkədəki 1756 ali təhsil müəssisəsinin 21.000-dən çox təhsil proqramının müstəqil müqayisəli təhlilini təqdim edir. Tədqiqat 55 fənni və 5 geniş fənn kateqoriyasını əhatə edir. Bunlar “QS Quacquarelli Symonds” reytinq xəttinin bir hissəsidir, onların nəticələri 2024-cü ildə 80 milyondan çox dəfə izlənilib, 134000-dən çox xəbər agentliyi və nəşr məqalələrində işıqlandırılıb. 

Azərbaycanın ali məktəbləri dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərində 5 fənn üzrə 3 universitet səviyyəsində təmsil olunub.  Universitetlərimiz iki mövqedə təkmilləşməyə nail olub. Beş mövqedən biri ilk 200, dördü isə ayrı-ayrı fənlər üzrə dünyanın ən yaxşı 500 universiteti arasındadır.

 * Bakı Dövlət Universiteti riyaziyyat fənni üzrə fənn reytinqində debüt edir.
 * Azərbaycan Dillər Universiteti müasir dillər üzrə fənn reytinqində öz mövqeyini yaxşılaşdırır.
 * AzərbaycanDövlət İqtisad Universiteti(UNEC) sosial elmlər və menecment üzrə sahə reytinqində mövqeyini yaxşılaşdırıb.

2025-ci ilin dünyanın ən yaxşı universitetlərinin fənn reytinqləri -QS World University Rankings by Subject 2025: Azərbaycan ali təhsil müəssisələrinin mövqeləri
2025-ci ildə mövqe2024-cü ildə mövqeAli təhsil müəssisəsiFənn/geniş fənn sahəsi
151-175101-150Bakı Dövlət Universiteti Neft və qaz mühəndisliyi ixtisasları
201-250301-340Azərbaycan Dillər Universiteti Müasir dillər
401-450501-550Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)İctimai elmlər və menecment
351-400351-400Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)İqtisadiyyat və ekonometrika
501-600 Bakı Dövlət UniversitetiRiyaziyyat

QS-in baş vitse-prezidenti Ben Sauter ali təhsil müəssisələrimizin uğurunu belə şərh edir: 

"Azərbaycan universitetləri dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərində, ilk növbədə, akademik nüfuz göstəricilərinin artması sayəsində iki mövqe üzrə təkmilləşməyə nail olub. Reytinqin nəticələri milli təhsil sisteminin beynəlxalq ali təhsil məkanında tanınmasının artdığını göstərir. Xüsusilə Mərkəzi Asiya ölkələrində xarici tərəfdaşlarla yeni müqavilələr ölkənin ali təhsilinin və elmi tədqiqatlarının gələcək inkişafı üçün ən mühüm stimul ola bilər. Azərbaycanın ali təhsilinin beynəlmiləlləşməsi artmaqda davam etdiyindən universitetlərin qlobal elmi-təhsil məkanında əlaqələrinin müxtəlifliyini nəzərə alan beynəlxalq elmi əməkdaşlıq indeksi üzrə Azərbaycan universitetlərinin müsbət dinamikasının daha da artacağını gözləmək olar. Azərbaycan universitetlərinin ali təhsil və elm sahəsində müasir gündəmə təsirinin artmasının digər amilləri sırasına Azərbaycan və Türkiyə ali məktəblərinin uğurlu əməkdaşlığını, həmçinin yaxın və uzaq xarici ölkələrin bilik mərkəzləri və elmi ekosistemləri ilə birgə gündəmin genişləndirilməsinə əlavə təkan verə biləcək akademik mobillik proqramlarının mümkün bərpasını aid etmək olar”.

Reytinqin əsas nəticələri

  • ABŞ universitetləri 32 fənn üzrə dünya reytinqinə liderlik edir, Harvard Universiteti isə onlardan 15-nə birincilik edir.  Daha sonra  11 fənn reytinqində birinci yerdə olan Massaçusets Texnologiya İnstitutu gəlir.
  • Böyük Britaniya universitetləri 18 fənn üzrə reytinqdə birinci, Kembric Universiteti isə dördüncü yerdədir.
  • Kanada universitetləri iki fənn üzrə üç reytinqdə yer alır, Britaniya Kolumbiyası Universiteti iştirak etdiyi fənn reytinqlərinin sayına görə birinci yerdədir.
  • İsveçrə universitetləri dörd fənn reytinqində birinci yerdədir, onlardan üçündə İsveçrə Federal Texnologiya İnstitutu (ETH Zürich) birinci yerdədir.
  • Yuxarıda qeyd olunan ölkələrlə yanaşı, yalnız Hollandiya və İtaliya universitetləri fənn reytinqində birinci yerdə olan ölkələrdir. Roma Sapienza Universiteti klassik və qədim tarix fənlərində birincilik mövqeyini qoruyur, Amsterdam Universiteti və Vaqeninqen Universiteti isə kommunikasiya və media, kənd təsərrüfatı və meşəçilik üzrə fənn reytinqlərində birinci yeri tutur.
  • İlk top-200-lükdə Honkonq universitetlərinin mövqelərinin sayı 55-ə çatır ki, bu da dünyada ən yüksək göstəricidir.
  • Reytinqdə yeni mövqelərin sayına görə Çin universitetləri liderdir. Həm Sun Yat-sen Zhongshan Universiteti, həm də Xiamen Universiteti ilk dəfə olaraq 13 fənn üzrə reytinqə daxil edilib. Pekin Universiteti daxil olduğu 50 fənn reytinqindən 43-də öz mövqeyini yaxşılaşdırıb ki, bu da dünyada ikinci ən yüksək nəticədir.
  • Siyahıda Türkiyədən ilk 100-lükdə 6 universitet 13 fənn üzrə yer alıb. Onlardan biri ilk 10-luqda, ikisi isə ilk 50-likdə yer tapıb. Ümumilikdə bu il reytinqə daxil olan Türkiyə universitetlərinin sayı artaraq 20-dən 27-yə çatıb. İlk 100-lükdə ən çox təmsil olunan universitet İstanbul Texniki Universitetidir. Orta Doğu Texniki Universiteti (ODTÜ) reytinqdə ənənəvi olaraq uğurla təmsil olunur. Hacettepe Universiteti kitabxana və informasiya idarəçiliyi, mühəndislik-mədənçilik və stomatologiya sahələrində ilk dəfə olaraq ilk 100-də ən çox təmsil olunan ikinci universitetdir. Türkiyə universitetləri bu il də “Neft mühəndisliyi” sahəsində önə çıxıb. ODTÜ və İTU bu sahədə qlobal ilk top-50-liyə daxil olub.

Qeyd edək ki, dünyanın ən yaxşı universitetlərinin fənn reytinqləri tərtib edilərkən QS akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalələrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq kimi beş əsas göstəricidən  istifadə edir. Onların hər birinin dəqiq çəkisi hər bir mövzuda nəşr fəaliyyətinin xüsusiyyətindən asılıdır.

Şərhlər

Xəbər lenti

31 iyul, 09:31

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi başladı

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.