Bütün xəbərlər
28 noyabr, 10:22

İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində yaradılmış və COP29-da təqdim olunan qlobal “Yaşıl artım portalı” istifadəyə verilib. 

Nazirlikdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, qlobal enerji keçidi üçün lazım olan məlumatları əhatə edən portal ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək. İnteraktiv alətdə yeni sənaye sahələrinin, yeni bazarların və iqtisadi inkişaf istiqamətlərinin formalaşdırılması üçün mövcud imkanlar təqdim olunur. 

Portal yaşıl dəyər zənciri - batareyalar, vacib minerallar, elektrik şəbəkəsi, elektrik nəqliyyat vasitələri, yaşıl hidrogen, istilik nasosları, hidroelektrik, nüvə, günəş və külək enerjisi məhsulları barədə 10 illik məlumatları və 140-dan çox ölkə üçün strateji perspektivləri əhatə edir. “Yaşıl artım portalı”na həmçinin, yaşıl dəyər zənciri məhsulları arasında əlaqənin əks olunduğu atlas əlavə olunub. Fundamental tədqiqatlara əsaslanan məlumatlar ölkələrə və investorlara karbonsuzlaşma üçün tələb olunan vasitələrin istehsalı üçün lazım olan imkanları müəyyən etməyə və ondan faydalanmağa yardım edəcək.

İstifadəçilər portal vasitəsilə ölkələrin hər bir dəyər zənciri üzrə mövqeyini və iqtisadi rəqabətlilik səviyyəsini müəyyənləşdirə biləcəklər. Bundan başqa, məhsulun gözlənilən və beynəlxalq ortalama qiyməti ilə müqayisədə ölkənin dəyər zənciri üzrə vəziyyəti təyin edilə bilər. Portalda texniki iqtisadi əsaslandırma aparmaqla və hər bir məhsulun cəlbediciliyini dəyərləndirməklə ölkənin yaşıl dəyər zəncirlərinə daxil olmaq imkanları təhlil olunur. İnteraktiv portalda yaşıl dəyər zənciri üzrə məhsullarla bağlı mövcud bazarların durumu, effektiv ixracatçılar və artım perspektivləri barədə də məlumatları əldə etmək mümkündür. 

Yaşıl texnologiyalara artan tələbatın təmin olunması və bu prosesdə təchizatçı kimi çıxış etmək istəyən ölkələr və potensial investorlar portal vasitəsilə yaşıl dəyər zəncirinin onların istehsal imkanlarına nə qədər uyğun olduğunu təhlil edə biləcəklər.

Portal Harvard Universitetinin 250 ölkə və iqtisadi regionu, həmçinin 2 milyon istifadəçini əhatə edən “İqtisadi Mürəkkəblik Atlası”nın (Atlas of Economic Complexity) əsasında hazırlanıb. 2025-ci ildə tam fəaliyyət göstərəcək “Yaşıl artım portalı”na beynəlxalq təşkilatlar və müxtəlif ölkələrdən əldə edilən məlumatlara əsasən hazırlanmış təhlillər, müqayisəli məlumat bazaları və “yaşıl artım” üçün strategiyalar əlavə olunacaq. Portaldan istifadə ödənişsizdir.

Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausmanın portalla bağlı videomüraciəti ilə aşağıdakı linkdən tanış olmaq olar: https://tinyurl.com/mr377pnw

Şərhlər

Xəbər lenti

13 sentyabr, 15:22

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

13 sentyabr, 13:30

Uşaq evi sosial xidmət müəssisələrində 33 uşaq birinci sinfə başlayır

12 sentyabr, 21:12

Siniflər hansı meyarlara əsasən komplektləşdirilir? – AÇIQLAMA

12 sentyabr, 18:33

BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq - Rəsmi

12 sentyabr, 18:00

"2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda tədbir keçirilib

12 sentyabr, 17:56

Eşqi Bağırov: Olimpiada və müsabiqələrdə iştirak edən şagirdlərin sayı artıb

12 sentyabr, 17:52

“Yenilənən məktəblər”: Zərdab rayonu Dəli Quşçu kənd tam orta məktəbi – FOTOLAR

12 sentyabr, 17:48

Naxçıvanda peşə təhsili müəssisələrinə 700 yerlik qəbul planı tərtib olunub

12 sentyabr, 17:40

Bəzi regionlarda müəllimlərin dərs yükünün 24 saatı keçməməsi tələbi var? – AÇIQLAMA

12 sentyabr, 17:37

Naxçıvanda 30 məktəbin bütün məzunları tələbə adını qazanıb

12 sentyabr, 17:34

Buraxılış və Azərbaycan dili imtahanının nəticələri elan olunub

12 sentyabr, 17:20

Mingəçevir Dövlət Universitetində “Oriyentasiya günü” keçirilib

12 sentyabr, 17:10

Yeni tədris ilində daha 16 məktəb istifadəyə veriləcək

12 sentyabr, 16:33

Naxçıvanda məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılıb

12 sentyabr, 15:25

Naxçıvanda 22 müəllimin əmək müqaviləsinə xitam verilib 

12 sentyabr, 15:19

Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təlimlər başlayıb

12 sentyabr, 15:17

Naxçıvanda məktəbdənkənar təhsil müəssisələri şəbəkəsi optimallaşdırılır 

12 sentyabr, 14:56

PIRLS 2026-ya doğru: bu tədqiqatın təhsil sistemlərinə töhfələri

12 sentyabr, 14:11

Nazirin müşaviri: Sinif sıxlığı şagirdlərin öyrənməsinə mənfi təsir etməyib

12 sentyabr, 14:10

Kafi və yaxşı qiymətləndirilən dərs sayı artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.