Bütün xəbərlər
30 noyabr, 22:31

Qarabağ Universitetində tədris və tələbə həyatı ən yüksək standartlara uyğun şəkildə davam edəcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Trend-ə Qarabağ Universitetinin İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə deyib.

“Bir il öncə, 27 noyabr tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universiteti yaradıldı. Biz artıq 1 ildir Qarabağ Universitetində fəaliyyət göstəririk. İncəsənət fakültəsi olaraq Qarabağ Universitetindəki fəaliyyətimizə ölkəmizin ən peşəkar müəllimləri və çox gözəl tələbə heyət ilə işə başlamışıq. Bu bir illik fəaliyyətimiz dövründə bir sıra uğurlara da imza atmışıq. Tədrisimizin keyfiyyəti ilə ölkəmizin ən öncül universiterləri sırasına daxil olmuşuq. Əminəm ki, Qarabağ Universitetində tədris və tələbə həyatı ən yüksək standartlara uyğun şəkildə davam edəcək. Qarabağ Universiteti incəsənət fakültəsi olaraq bu gün biz birliyimizi konsert və sərgiylə qeyd etmək istəyirik. Bu bayram əhvali-ruhiyyəsi ilə bir ilimizi qeyd edirik. Çox şərəfli hisslərdir, çox şükür edirik ki, Qarabağımızda, Xankəndi şəhərində universitetimiz 1 ildir fəaliyyət göstərir. Əminəm ki, çox böyük uğurlara da imza atacaqdır”, - deyə o bildirib.

Onun sözlərinə görə, incəsənət fakültəsində "Musiqi müəllimliyi", "İnstrumental ifaçılıq", "Vokal", "Milli vokal" və "Xanəndəlik", eyni zamanda "Dizayn" ixtisasları tədris olunmaqdadır.

“Bu ixtisaslar üzrə fəaliyyətimizə 130-a yaxın tələbə ilə başlamışıq. Eyni zamanda, işə ölkəmizin ən peşəkar müəllimləridə cəlb olunub. Onların içərisində Xalq artisti, əməkdar artistlər də yer almaqdadır və tədrisimizi də dünya standartlarına uyğunlaşdırmışıq”, - deyə o bildirib.

T.Qasımzadə qeyd edib ki, artıq bir illik fəaliyyət dövrü çərçivəsində Qarabağ Universitetinin müxtəlif fakültələrinin müəllim heyətləri beynəlxalq festivallarda, müsabiqələrdə iştirak ediblər.

“Onların içərisində qaliblər də var. Bu yaxınlarda Berlin də olmuş bir festivalda çıxış edilib. Bundan başqa bizim tələbələrimiz müxtəlif sərgilərdə, konsertlərdə, festivallarda iştirak edir. Bu hələ başlanğıcdır. Qarabağ Universitetinin İncəsənət fakültəsinin adını ölkə gündəmində, mədəniyyət sahəsinə tez-tez eşidəcəksiniz”, - deyə T.Qasımzadə əlavə edib.

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.