Bütün xəbərlər
4 dekabr, 11:21

“Hazırda Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi ən böyük islahatlardan biri 5 yaşlı uşaqların məktəbəhazırlıq siniflərinə cəlb edilməsi layihəsinin tətbiqidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda çıxışı zamanı deyib. 

O bildirib ki, bu islahat ilk dəfə 2014-2015-ci tədris illərində pilot səviyyədə həyata keçirilməyə başlanılıb, 2016-cı ildən isə daha geniş miqyasda Azərbaycanın bir çox regionlarında tətbiq edilib:

“Nəticədə 30%-lik göstəricini 80-90%-ə yaxınlaşdırmağa nail olmuşuq. Bu rəqəmlər müxtəlif illərdə dəyişsə də, orta hesabla hər il uşaqların 80-90%-i ən azı, bir il məktəbəqədər təhsilə cəlb olunur”. 

Nazir bu islahatı hansı səbəbə görə böyük  nailiyyət hesab etdiyini də açıqlayıb: 

“Həmin bir illik hazırlığın 100 minlərlə uşağın gələcək sosial-iqtisadi həyatına və təhsil göstəricilərinə müsbət təsir göstərəcəyi şübhəsizdir. Bəzi suallar yarana bilər: Niyə biz bu müsbət təsirləri dərhal görmürük? Bunun səbəbi "həyat dövrü" adlandırılan bir məsələ ilə bağlıdır. Məsələn, 2017-ci ildə 5 yaşında olan uşaq hazırda 13-14 yaşındadır və hələ 9-cu sinif buraxılış imtahanını verməyib. Təhsildə görülən işlərin nəticələrinin uzunmüddətli olmasının səbəbi də məhz budur”.

Emin Əmrullayev əlavə edib ki, məktəbəqədər yaşda həyata keçirilən və ya keçirilməyən tədbirlərin təsirlərini yalnız 10-15 il sonra görmək mümkündür.

Xəbər lenti

5 fevral, 19:18

Samux məktəbində kompleks yoxlamalara başlanıldı - SƏBƏB

5 fevral, 19:00

Təlimdə açıq izahın əhəmiyyəti: Dəyişən yanaşmalar və tələbələrin uğuru 

5 fevral, 18:31

Məktəbdənkənar təhsil müəssisələrinə elektron qeydiyyat başa çatıb

5 fevral, 18:00

Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 

5 fevral, 17:30

Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib

5 fevral, 17:10

Gənc müəllim: Dərsdə ən zəif şagirdin belə fəal olmasına çalışıram

5 fevral, 17:03

Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək

5 fevral, 16:58

Təhsilin “McDonaldlaşdırılması”: səmərəlilik, yoxsa dəyərlərin itkisi? 

5 fevral, 16:52

Texniki və yumşaq bacarıqlar ilk dəfə keys metodu ilə qiymətləndirilib

5 fevral, 16:37

Təhsil real həyatla əlaqələndirilməlidir - Laura Hinz nümunəsi 

5 fevral, 16:04

Akademik uğurların artması üçün nələrə diqqət yetirilməlidir?    

5 fevral, 15:53

Elm və təhsil naziri Emin Əmrullayev sabah brifinq keçirəcək

5 fevral, 15:43

Özəl bağçalar davranış pozuntuları olan uşaqları uzaqlaşdırmağı çıxış yolu sayırlar - Mütəxəssis

5 fevral, 15:30

NASA: Yeni yanacaq texnologiyası ilə Marsa cəmi 45 günə gedilə bilər

5 fevral, 15:19

Şuşada STEAM Mərkəz fəaliyyətə başlayıb

5 fevral, 15:11

Ayın iki nəhəng kanyonu 10 dəqiqədən az bir vaxtda formalaşıb

5 fevral, 14:52

Mil-Muğan regionunda 2 yeni məktəb binası istifadəyə veriləcək

5 fevral, 14:31

Mingəçevirdə dərs zamanı halı pisləşən məktəbli vəfat edib

5 fevral, 14:21

Şagirdlərin peşə bacarıqlarının inkişafında yaradıcı düşüncənin rolu

5 fevral, 14:06

“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı konfrans başlayıb

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.