Bütün xəbərlər
9 iyul, 11:25

Müəllimlərin işə qəbulu üzrə (MİQ) keçirilən imtahanlar dünyada qəbul olunmuş standartlardan biridir. Azərbaycanda da artıq illərdir ki, həyata keçirilən bu müsabiqə nəticəsində pedaqoji baxımdan şagirdlərə yüksək səviyyəli təhsil verəcək müəllimlər seçilir.

“Azərbaycan müəllimi” MİQ imtahanından uğurla keçərək kənd uşaqlarına bilik verən müəllimlə söhbət edib.

“Bu nəticələr daim öz üzərimdə çalışdığımı, inkişafa davam etdiyimi göstərir” 

Nürəddin Yüzbəyov hazırda Qusar rayonu Hil kənd Kərim Kərimov adına 1 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi işləyir. Pedaqoji fəaliyyətinə 2017-ci ildə Qusar rayonu Cibir kənd tam orta məktəbində başlayıb və artıq 8 ilə yaxındır ki, müəllim kimi şagirdlərinin inkişafı və uğuru üçün çalışır. 

Nürəddin Yüzbəyov məlumat verir ki, 2018-ci ildə keçirilən müəllimlərin işə qəbulu imtahanında iştirak edərək mümkün 60 balın 52.2-sini toplayıb və Cibir kənd tam orta məktəbindən hazırda çalışdığı Hil kənd tam orta məktəbinə yerdəyişmə edib: “Bu nəticəyə nizamlı və planlı şəkildə hazırlaşmaq, fənn biliklərini təkrar etməklə nail olmuşam. MİQ imtahan sualları əsasən fənn bilikləri və metodiki yanaşmalar üzərində qurulmuşdu. Coğrafiya sahəsində hazırlaşan müəllimlər üçün xəritələrlə işləmək, statistik biliklərə sahib olmaq və müasir qlobal prosesləri izləmək çox önəmlidir. Suallar bəzən düşündürücü olsa da, əsas biliklərə yiyələnən namizəd üçün keçilməz deyil”.

Müəllim əlavə edir ki, bu il keçirilən sertifikatlaşdırma imtahanında 57 bal toplayıb. Bununla yanaşı, bu il təkrar verdiyi MİQ imtahanında isə 85 bal nəticə göstərib. “Bu nəticələr mənim müəllim olaraq daim öz üzərimdə çalışdığımı, yeniliklərə açıq olduğumu və inkişafa davam etdiyimi göstərir”. 

“Bu sistem müəllimləri daim  bilikli və məsuliyyətli olmağa təşviq edir” 

Gənc müəllim fəxr hissi ilə vurğulayır ki, fəaliyyəti dövründə qazandığı ən böyük uğurlardan biri şagirdinin əldə etdiyi nəticədir: “10-cu sinif şagirdim Qəhrəman Məlikov bu il Respublika fənn olimpiadasında coğrafiya fənni üzrə I yerə layiq görülüb və qızıl medal qazanıb. Bu, təkcə onun deyil, həm də müəllimi kimi mənim böyük qürur mənbəyimdir”.

Nürəddin Yüzbəyov deyir ki, MİQ imtahanı gənc müəllimlər üçün təkcə bir iş imkanı deyil, həm də özünü tanıtmaq, imkanlarını yoxlamaq və inkişafa yol açan bir platformadır. Bu sistem müəllimləri daim hazır, bilikli və məsuliyyətli olmağa təşviq edir: “MİQ sayəsində mən də daha perspektivli bir məktəbdə çalışma imkanı qazandım və daha geniş bir mühitdə pedaqoji bacarıqlarımı göstərə bildim. Müasir təhsil sistemi üçün özünü inkişaf etdirən, innovativ müəllimlərin seçilməsi vacib şərtlərdəndir. MİQ müsabiqəsi də bu baxımdan yalnız bilikli və bacarıqlı müəllimlərin seçilməsinə şərait yaradır. Müəllimlərə tövsiyəm odur ki, heç vaxt öyrənməkdən çəkinməsinlər, hətta təcrübələri az olsa belə. İstəkli və məqsədyönlü olduqları təqdirdə uğur mütləq gələcək. Səbir, zəhmət və inam bir müəllimi formalaşdıran əsas sütunlardır”.

1 /2

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.