Bütün xəbərlər
9 iyul, 12:49

İyulun 9-na (saat 12:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 37 937 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 5 539 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 305-i alternativ qeydiyyat mərkəzlərində, 4 892-si  sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 342 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.

Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 12-nə qədər davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə (https://baku.edu.gov.az/az/page/276), eləcə də  5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edə bilərlər.

Vətəndaşlara  alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir. Valideyn alternativ qeydiyyat mərkəzinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi və “WhatsApp” vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) də müraciət ünvanlaya bilərlər.

Şərhlər

Xəbər lenti

23 avqust, 20:34

Milli Qəhrəmanın oğlu tələbə oldu

23 avqust, 19:46

Hazırlığa getmədən 637 bal yığmışdı - Hüquqşünas olacaq

23 avqust, 18:09

“Azərbaycan müəllimi” milli müsabiqəsinin qalibləri mükafatlandırılıb

23 avqust, 15:04

BSU-da qəbul planı 99.3% yerinə yetirilib

23 avqust, 11:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı" günü keçirilib

23 avqust, 10:55

Talış və Sus məktəblərinin bütün məzunları tələbə adını qazandılar

22 avqust, 22:40

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edildi

22 avqust, 22:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri AÇIQLANDI

22 avqust, 22:18

Milyonlarla uşağın oynadığı bu oyun bir çox ölkədə qadağan edildi

22 avqust, 17:46

MDU-nun yeni korpus və hoteli tikiləcək 

22 avqust, 17:01

“Böyük Qayıdış” üçün növbəti təlimlər başa çatdı – 23 nəfər peşə sertifikatı aldı

22 avqust, 16:49

Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 avqust, 16:44

Naxçıvanda MİQ üzrə müsahibə mərhələsi yekunlaşıb

22 avqust, 16:06

Kollecə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılıb 

22 avqust, 15:44

"Qarabağda təhsil almaq mənim üçün qürurdur" – İki olimpiada medalçısının seçimi

22 avqust, 15:33

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında görüş keçirilib

22 avqust, 15:08

NDU-da innovasiya və davamlı inkişafla bağlı elmi konfrans keçiriləcək

22 avqust, 14:55

“Bizim üçün “Maarifçi” gələcəyin təhsil idarəçisidir” – Mentorlar üçün təlim

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.