Bütün xəbərlər
9 iyul, 09:37

8 iyul 2025-ci il tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, texnika elmləri doktoru Ülkər Səttarovanın sədrliyi ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası baş tutub.

Agentlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, iclasda dissertasiya mövzularının müzakirəsi ilə yanaşı, Şuranın Əsasnaməsinə uyğun olaraq onun qarşısında duran digər vəzifələrin həyata keçirilməsi ilə bağlı məsələlər də nəzərdən keçirilib. Müzakirələr zamanı alimlərin mükafatlandırılması mexanizmlərinin formalaşdırılması, elm və ali təhsil müəssisələrində rəqəmsal repozitoriyaların yaradılması və bu repozitoriyaların mərkəzi sistemə inteqrasiyası imkanları müzakirə olunub.

Eyni zamanda, yerli elmi jurnalların dəstəklənməsi, yeni elmi jurnalların təsis olunması və “Open Access” formatında beynəlxalq jurnallarda nəşrlərin sayının artırılması yolları barədə fikir mübadiləsi aparılıb. İclasda, həmçinin, ali təhsil və elmi müəssisələrin nüfuzlu elmi məlumat bazalarına mərkəzləşdirilmiş qaydada çıxış imkanlarının təşkili məsələsinə də toxunulub.

Şura üzvləri elmin inkişafı baxımından beynəlxalq konfransların təşkili qaydaları, elmi layihələrin maliyyələşdirilməsi mexanizmləri və Şuranın arxiv bazasının formalaşdırılması ilə bağlı öz təkliflərini səsləndiriblər.

İclasın sonunda 36 elm və ali təhsil müəssisəsi tərəfindən təqdim olunmuş və Şuranın katibliyi tərəfindən sistemləşdirilmiş 300-dən çox dissertasiya mövzusuna dair rəy və təkliflər dinlənilib. Təqdim edilən dissertasiya mövzuları açıq səsvermə yolu ilə təsdiq edilib.

Şərhlər

Xəbər lenti

30 avqust, 12:16

Xaçmaz rayonu üzrə 650 məzun tələbə oldu

30 avqust, 10:59

Azərbaycanlı Kanzas Dövlət Universitetində yüksək vəzifəyə təyin olunub

30 avqust, 09:08

“Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başlayıb

29 avqust, 18:28

MİQ müsabiqəsinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

29 avqust, 17:23

Mühəndislikdə zərif güc: 50 qadın “Zərif mühəndislər”lə real istehsalata addım atdı

29 avqust, 17:01

İndiyədək 59 000-dən çox təhsil krediti müqaviləsi rəsmiləşdirilib – TTKF

29 avqust, 16:59

Peşə təhsili müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi başlayıb

29 avqust, 16:52

Evdə təhsil ləğv olunmayıb – RƏSMİ AÇIQLAMA

29 avqust, 16:26

ICPC dünya finalının direktoru: Azərbaycan 6 aya hazırlıq görən ilk ölkədir – MÜSAHİBƏ

29 avqust, 15:40

ADNSU rəhbərliyi Vorvik Universitetində tədqiqat mərkəzləri ilə tanış olub

29 avqust, 14:51

ADPU-da “Mexanikada yeni trendlər” adlı elmi konfrans keçiriləcək

29 avqust, 14:47

Mil-Muğan regionunun 41 məktəbində tikinti və təmir işləri aparılır

29 avqust, 14:33

Region məktəbinin bütün məzunları tələbə oldu

29 avqust, 14:20

Lisey və gimnaziyalara II mərhələ üzrə qəbul nəticələri AÇIQLANDI

29 avqust, 14:08

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə imtahan keçirilib

29 avqust, 13:55

Yaşıl gələcək uğrunda: Təhsil və ekologiyada könüllü təşəbbüslər

29 avqust, 13:12

ADNSU Kitabxana informasiya mərkəzi oxuculara jurnal resurslarını təqdim edir

29 avqust, 12:26

Bu məzunlar rayon birinciləri oldular

29 avqust, 12:21

Təhsil haqqı üçün pul yoxdur? – Təhsil tələbə krediti ilə bağlı bütün detallar

29 avqust, 11:35

Bölgələrdə velosiped məşqçiləri üçün təlim keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.