Bütün xəbərlər
4 dekabr, 09:12

Harvard Universitetinin alimləri qida rasionunda bitki və heyvan zülallarının balanslı nisbətinin ürək-damar və işemik ürək xəstəlikləri riskini azaltdığını müəyyən ediblər. Məsələn, qırmızı əti fındıqla əvəz etmək də ürək sağlamlığını yaxşılaşdırır.

“Azərbaycan müəllimi” xəbər verir ki, Harvard Universitetindən olan alimlər ABŞ-də qidalanma vərdişlərinin ürək-damar xəstəlikləri (ÜDX) riskinə təsirini araşdıran bir tədqiqat aparıblar. Araşdırmanın nəticələri “American Journal of Clinical Nutrition” (AJCN) elmi jurnalında dərc edilib.

Tədqiqat zamanı komanda heyəti 30 il ərzində təxminən 203 min kişi və qadının qidalanma, həyat tərzi və ürək-damar sisteminin vəziyyətinə dair məlumatlardan istifadə edib. Tədqiqat çərçivəsində mütəxəssislər hər iştirakçının gündəlik zülal istehlakını və heyvan və bitki mənşəli qidalardan alınan zülalların payını hesablayıblar.

Araşdırma müddətində 16 min ürək-damar, o cümlədən 10 mindən çox işemik ürək xəstəliyi və 6 minə yaxın insult hadisəsi qeydə alınıb.

Məlumatların təhlili göstərib ki, bitki və heyvan zülallarının demək olar ki, bərabər nisbətdə olduğu qida rasionu ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir. Bitki və heyvan zülallarını 1:1,3 nisbətində qəbul edən insanlar 1:4,2 nisbətində zülal qəbul edənlərlə müqayisədə ürək-damar xəstəlikləri riskini 19 faiz azaldıb və işemik ürək xəstəliyinə tutulma halları 27 faiz daha az olub.

Bundan əlavə, qırmızı və emal edilmiş ətlərin gündəlik rasionda fındıqla əvəz edilməsi, insult riskini daha da azaldıb, arterial təzyiqi normallaşdırıb və iltihab biomarkerlərini azaldıb.

Həmçinin araşdırma nəticəsində aşkar edilib ki, mütəmadi olaraq istehlak edilən mal əti ürək üçün təhlükə yaratmır.

Şərhlər

Xəbər lenti

14 oktyabr, 10:27

Vladanka Andreyeva: Təhsil dünyanı dəyişdirən ən güclü vasitədir

14 oktyabr, 10:12

Şəhriyarla Məmməd Arazı doğmalaşdıran ruh

14 oktyabr, 09:55

Naxçıvanda  “III Beynəlxalq Duzdağ Araşdırmaları Konqresi” keçiriləcək

14 oktyabr, 09:43

Şuşa məktəbliləri SAF 2025-in finalında iştirak edəcəklər

14 oktyabr, 09:10

Müəllimlərimizin 80 faizi peşəkar inkişafı dəstəkləyir – HESABAT

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.