Bütün xəbərlər
4 dekabr, 09:59

Dekabrın 2-də Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Erasmus layihəsi çərçivəsində Yunanıstanın Thessaly Universitetinin nümayəndələri ilə görüş keçirilib. 

İnstitututdan “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə İSİ-nin baş direktoru, akademik Əli Abbasov, icraçı direktor vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyev, İSİ-nin Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Kamil Ayda-zadə, Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev, Thessaly Universitetinin Texnologiya Məktəbinin Ətraf Mühit Elmləri Bölməsinin professoru Providas Efthimios və Ioannis Faraslis və digər əməkdaşlar iştirak ediblər.

Əvvəlcə akademik Əli Abbasov qonaqlara instituta göstərilən diqqətə görə təşəkkürünü bildirərək rəhbərlik etdiyi elmi müəssisənin tarixi, idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas fəaliyyət istiqamətləri və aparılan fundamental elmi tədqiqatlar barədə ətraflı məlumat verib.

Akademik qlobal texnoloji çağırışların tələblərinə uyğun olaraq institutda həyata keçirilən “Əşyaların interneti” əsasında SCADA tipli beynəlxalq standartlara əsaslanan intellektual idarəetmə sistemlərinin işlənib hazırlanması, az rəqəmsal resurslu dillər üçün süni intellektə əsaslanan təbii dil texnologiyaları və tətbiqi kimi potensial layihələrdən söz açıb. İdarəetmə sistemləri, robototexnika, optimallaşdırma və modelləşdirmə sahələrində əldə olunan mühüm elmi nəticələrdən bəhs edib.

Azərbaycan və Yunanıstanın elmi və pedaqoji sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı öz təkliflərini səsləndirən Ə.Abbasov müasir dövrün tələblərinə cavab verən birgə elmi tədqiqatların aparılmasının önəmini vurğulayıb.

Sonra çıxış edən professor Providas Efthimios təmsil etdiyi elmi müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri, aparılan elmi tədqiqatlar və həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd edib ki, çoxşaxəli elmi fəaliyyətə malik universitetdə humanitar və sosial elmlər, mühəndislik, səhiyyə, iqtisadiyyat və biznesin idarə edilməsi, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə tədris həyata keçirilir. Universitetin kadr potensialı barədə məlumat verən alim nəşr fəaliyyəti, beynəlxalq əməkdaşlıq, elmi nəticələrin praktikada tətbiqindən söz açıb. 

P.Efthimios İdarəetmə Sistemləri İnstitutu kimi böyük tarixə malik, qabaqcıl elmi-tədqiqat müəssisəsi ilə əməkdaşlıq əlaqələrinin qurulmasının hər iki ölkədə elm və təhsilin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Daha sonra sözügedən ölkələr arasında aktual sahələrdə əməkdaşlıq əlaqələrinin müzakirəsi ilə bağlı dəyirmi masa keçirilib.

Çıxış edən İSİ-nin icraçı direktor vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyev institutda həyata keçirilən aktual elmi tədqiqatlardan və kadr hazırlığı siyasətindən bəhs edib. Elmi və praktiki əməkdaşlığın sözügedən müəssisələr üçün səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edən E.Səbziyev sual və təkliflərini səsləndirib.

İSİ-nin Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev çıxış edərək qonaqlara növbəti il İSİ-nin təşkilatçılığı ilə  keçiriləcək “Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri” üzrə 4-cü Beynəlxalq Konfrans (PLMO2025), “Kibernetika və İnformatikanın Problemləri” adlı 6-cı beynəlxalq konfrans (PCI2025), “Mühəndislik Problemlərinin Həllində İdarəetmə və Nəzarət” adlı beynəlxalq konfrans (MaCoSEP2025) barədə məlumat verib. İdarəetmə Sistemləri İnstitutu və Yunanıstanın Thessaly Universitetinin həmtəşkilatçılığı ilə beynəlxalq elmi konfransların keçirilməsi müzakirə edilib.   

Görüşdə Avropa İttifaqı üzv dövlətləri və proqramla əlaqəli üçüncü ölkələr arasında ali təhsil müəssisələrinin tələbələri və işçi heyəti üçün öyrənmə mobilliyi müzakirə edilib. Sözügedən ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.

1 /6

Şərhlər

Xəbər lenti

21 oktyabr, 10:01

Elm və təhsil naziri ABŞ-də təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

21 oktyabr, 09:41

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

21 oktyabr, 09:37

Azərbaycanlı gəncin startapı 10 milyon dollar investisiya alıb

21 oktyabr, 09:33

Emin Əmrullayev və Erol Özvar Türkiyə–Azərbaycan Universitetində tələbələrlə görüşüblər

21 oktyabr, 09:31

Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının növbəti iclası keçirilib

20 oktyabr, 18:34

NDU-da Mahirə Hüseynovanın 65 illik yubileyi qeyd olunub

20 oktyabr, 17:20

Bakıda “Yaşıl təhsil” üzrə ilk regional seminar keçirilir

20 oktyabr, 17:15

ICESCO-nun sektor rəhbəri: Azərbaycandakı STEAM Mərkəzi heyrətamizdir 

20 oktyabr, 14:46

Heca qura bilmir, sözləri qarışdırır – Bu, məsuliyyətsizlik deyil, disleksiya ola bilər

20 oktyabr, 13:19

UNESCO-nun “Yaşıl məktəblərin tanınması” proqramında üç məktəb akkreditasiya olunub

20 oktyabr, 13:19

Nəriman Qəhrəmanlı: Müəllimlərin iqlim təhsili üzrə bacarıqlarını artırırıq

20 oktyabr, 12:28

Ş.Mustafayev: Ortaq türk əlifbası dilimizi daha da gücləndirəcək

20 oktyabr, 12:18

Təhsil Qarabağa qayıdır: Zəngilan

20 oktyabr, 12:15

Kimya və riyaziyyat olimpiadaları üçün seçmə imtahanı keçirilib

20 oktyabr, 11:53

ADNSU-nun rektoru beynəlxalq müsabiqəyə qatılacaq tələbələrlə görüşüb

20 oktyabr, 11:47

Mingəçevirdə Regional Universitet–Sənaye Birliyi, Sammit 2025 tədbiri keçiriləcək

20 oktyabr, 11:33

“bp Azərbaycan”dan gənclər üçün fürsət

20 oktyabr, 11:30

Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert müsabiqəsi elan olunur

20 oktyabr, 11:13

ICESCO rəsmisi: İqlim fəaliyyətinin təhsil proqramlarına salınması üçün səy göstərilir

20 oktyabr, 11:02

Məryəm Qafarzadə: Ekoloji məsuliyyəti təhsil sistemlərinin mərkəzinə qoymalıyıq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.