
“Mən görürəm ki, Azərbaycandakı STEAM İnnovasiya Mərkəzi uşaqların birlikdə oynayarkən və işləyərkən tənqidi düşünmə və sosial bağ qurma bacarıqlarını inkişaf etdirir”.
Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional konfransında iştirak edən ICESCO-nun Təhsil sektorunun rəhbəri Haddy Jatou Sey deyib.
O bildirib ki, bu həm öyrənmə nəticələrini, həm də ümumi tədris mühitini gücləndirir:
“Həqiqətən çox innovativ bir mərkəzdir və ümid edirəm ki, bir gün Afrikada da bunun kimi bir mərkəzimiz olar. Buradakı STEAM Mərkəzi, doğrudan da heyrətamizdir!”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər